Mühəndis Smetaçı (tikinti)

  • AS İnşaat MMC
  • Elanın qoyulma tarixi: 14.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühəndis Smetaçı (tikinti)

Şirkətin adı: AS İnşaat MMC

Yerinə yetirəcəyi işlər:

1. İşçi layihə sənədlərinə uyğun ümumi tikinti, mexaniki və elektrik təchizatı işlərinin layihə smeta sənədlərinin tərtibatı;
2. Əsaslı Tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq.
3. Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi;
4. Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərinin yoxlanılması və nəticələrlə bağlı arayışın tərtib edilməsi;
5. Layihələr üzrə smeta sənədlərinin uçotunun aparılması və smeta maliyyə hesablamalarının sistemləşdirilməsi;
6. Yerli və beynəlxalq tender layihə sənədlərinin qiymətləndirilməsi;
7. Smeta qiymətləri üzrə arayışların tərtib edilməsi

Namizədə tələblər:

Təhsil: uyğun sahələr üzrə ali təhsil
İş stajı: uyğun vəzifədə ən azı 5 il iş təcrübəsi
Komputer bilikləri: MS Office, AutoCad; 1C:müəssisə
Dil bilikləri: Azərbaycan, Rus (İngilis dili arzu olunandır)
Yaşı : 30-50

Uyğun namizədlər CV-lərini [email protected] ünvanına "Mühəndis smetaçı" adı ilə göndərə bilərlər.

AS İnşaat MMC tərəfindən digər vakansiyalar