Mühasib

  • Almet JSC
  • Elanın qoyulma tarixi: 12.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühasib

ALMET ASC istehsalat sahəsində MÜHASİB vakansiyasına iddialı olan namizədləri işə dəvət edir.

Ünvan: Bakı AZ1090, Xəzər ray.u , Buzovna qəs.i ,Qəsəbə küç.24

Tel : +994 12 565 16 26

Web: www.almet.az

İş barədə məlumat:

Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
Mühasibat və vergi uçotunun aparılması;
Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
Bütün növ hesabatların hazırlanması;
İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması
Bank əməliyyatlarının həyata keçirilməsi;
İş qrafiki: 5 günlük iş həftəsi.

Namizədə tələblər:

Mühasib olaraq ən azı 3-5 il iş təcrübəsi (istehsalat sahəsində);
Maliyyə və ya mühasibatlıq üzrə ali təhsilli olmalı ( Ali təhsili qırmızı diplomla və ya əla qiymətlərlə bitirmiş namizədlərə üstünlük veriləcək)
MS Office, mühasibatlıq proqramlarında sərbəst işləməli;
Əmək və Vergi Məcəlləsini yaxşı səviyyədə bilməli;
Müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili normativ sənədlər, iş vaxtının uçotu;
Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
Maliyyə büdcəsinin hazırlanma qaydaları;
Maya dəyərinin hesablanması qaydaları bilməli.
Dil bilikləri: azərbaycan və  rus dili – əla səviyyədə bilməli.( Təhsili Rus bölməsində bitirmiş namizədlər)
Cinsi: Qadın
Yaş həddi 25-35

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Azərbaycan və ya rus dilində mövzu hissəsində Mühasib yazaraq [email protected]  elektron ünvanına göndərə bilərlər.