Baş daxili nəzarət Direktoru

İşin təsviri

Baş daxili nəzarət Direktoru

Gilan Agricultural Group Baş daxili nəzarət direktoru vakansiyasına namizəd axtarır.

Vəzifə öhdəlikləri

Şirkətin Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirmək 
Şirkətin Keyfiyyətə nəzarət sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirmək
Şirkətin SƏTƏM funksiyasının idarə olunmasına nəzarəti həyata keçirmək
Şirkətin Təhlükəsizlik funksiyasının işinin düzgün təşkil və idarə olunmasına nəzarəti həyata keçirmək
Şirkətin daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək
Şirkətin daxili nəzarət mühitinin inkişafına dair təklifləri irəli sürmək
Şirkətin risk idarəedilməsinin inkişafına dair təklifləri irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək
Şirkətin maliyyə vəziyyətinə mənfi təsir göstərmək ehtimalı olan əməliyyatlara və ya şəraitə nəzarət etmək
Audit planları əsasında audit proqramlarının tərtib etmək
Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq
Daxili audit xidmətinin fəaliyyətinə nəzarətinə təmin etmək
Audit yoxlamaları nəticəsində şirkətin siyasətləri, prosedurların, standartların və digər normativ sənədlərinin tətbiq edilməsinə dair rəy bildirmək
Dövri daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəyləri hazırlamaq

Tələblər:

Ali təhsil
Daxili nəzarət sahəsində ən azı 5 il rəhbər kimi təcrübənin olması
MS Office proqramlarını bilməli; (mükəmməl Excel bilikləri)
İngilis və ya Rus dillərini bilməsi arzu olunandır
Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı;
Təhlil etmək və faktları müəyyən etmək bacarığı

Vakansiyaya müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edin: http://hr.gilanholding.com/v/4669#