Santral Elektrik LTD Korparativ Satış Meneceri (xanım) axtarır.
Namizədə tələblər:
- Korporativ satış sahasində iş təcrübəsi, satışı sahəsində iş təcrübəsi olanlara üstünlük verilir
- Əla satış və müştəri xidməti bacarıqları
- Effektiv dil bilgiləri (Azərbaycan və Rus dili əla səviyyədə olmalıdır; Yaxşı səviyyəli ingilis dili)
- Ünsiyyət qabiliyyəti (şifahi və yazılı); email vasitəsilə ünsiyyət bacarığı
- Müştəri ehtiyaclarını müəyyən etmək və onları qarşılamaq bacarığı
- Təqdimat bacarıqları, şirkətin məhsul və xidmətlərini ən effektiv yollarla təqdim edə bilmək.
İş funksiyaları:
- Şirkətin korporativ satış meneceri və müştərilər üçün koordinator rolunu icra etmək;
- Mövcud müştəri bazasını genişləndirmək; yeni müştərilər axtarmaq
- Əvvəlcədən müştəri ehtiyaclarını araşdırıb, onları qarşılamaq üçün hazır olmaq
- Mütəmadi olaraq müştəri ofislərini ziyarət etmək, hər hansı çatışmazlıqları aşkar etmək və aradan qaldırmaq.
Maraqlanan şəxslərdən rica edirəm. əmək haqqı namizədə uyğun olaraq təyin olunacaq.
Xahiş edirəm maraqlanan çəxslər mövzu yerinə “Korparativ Satış Meneceri” yazmaqla CV-lerini [email protected] ünvanına yollasınlar.