Marketinq Assistenti

  • ATL Consulting
  • Elanın qoyulma tarixi: 28.01.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL Consulting şirkəti 2011-ci ildə təsis edilməklə, qeyd olunan xidmətləri təqdim edir: marketinq, ictimayyətlə əlaqələr, reklam, bazar araşdırmaları, layihələrin idarə olunması, müxtəlif təlim kursları və biznes konsaltinqi.

Hazırda ATL Consulting şirkəti “Marketinq Assistenti” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

• Ümumi PR və Marketinq strategiyası və fəaliyyət planının həyata keçirməsinə nəzarət edilməsi ;
• Marketinq kampaniyalarının təklif edilməsi və effektiv həyata keçirilməsinə nəzarət etmək;
• Reklam, kampaniyalar və o cümlədən müştərilər üçün müxtəlif tədbirlərlə bağlı ideyalar irəli sürmək və təşkil etmək;
• Promo material ehtiyaclarının müəyyən olunması və obyektlər üzrə düzgün paylanmasına nəzarət;
• Obyektlərin brendinqlə bağlı problem və ehtiyaclarının müəyyənləşdirilməsi;
• Obyektdaxili reklam vasitələrinin daim yenilənməsi üçün iş planlarının tərtibi;
• Marketinqlə bağlı tədbirlərin koordinasiyası.

Tələblər:

• Ali təhsil (Marketinq, Menecment sahəsi arzu olunandır);
• Bu sahədə ən azı 2 il iş təcrübəsi;
• MS Office proqramlarından istifadə bacarığı;
• Dinamiklik, ünsiyyət bacarığı, məsuliyyət, kreativlik;
• Restoran və fast-food sahəsində təcrübəsi olması arzuolunandır;
• Günün 60-70%-i obyektləri gəzmək.

Peşəkar biliklər:

• Yaradıcı və təşəbbüskar olmalı;
• Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
• Yüksək kommunikasiya, təqdim etmə və yazılı ünsiyyət qurma bacarığı.

Əlavə məlumatlar:

• İş qrafiki: 6 gün, 09:00 – 18:00
• 3 ay sınaq müddəti
• Gənc və mehriban kollektivlə iş mühiti
• Korporativ mobil nömrə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu yerində "Marketinq assistenti" yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.