Qrafik Dizayner

  • ATL Consulting
  • Elanın qoyulma tarixi: 28.01.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL Consulting şirkəti 2011-ci ildə təsis edilməklə, qeyd olunan xidmətləri təqdim edir: marketinq, ictimayyətlə əlaqələr, reklam, bazar araşdırmaları, layihələrin idarə olunması, müxtəlif təlim kursları və biznes konsaltinqi.

Hazırda ATL Consulting şirkəti “Qrafik Dizayner” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

• Korporativ üsul və brendin tələblərinə uyğun olaraq müxtəlif qrafik dizayn işlərinin hazırlanması (buklet, flayer, kataloq, billbord və s)
• SMM üçün vizual materialların hazırlanması, hazır şəkillər üzərində müxtəlif dəyişikliklərin edilməsi
• Qrafik dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsi.
• Təlimatlar və verilən məlumatlar əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• Materialları şirkətin korporativ üsul və brendinə uyğun olaraq hazırlanması;

Tələblər:

• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
• Kreativlik və qeyri standart düşünmək bacarığı
• Restoran və fast-fud sahəsində təcrübə
• Adobe PhotoShop, Adobе Illustrator, Adobе InDesign, CorelDraw kimi qrafik proqramlarda işləmə bacarığı
• Özünəməxsus iş portfelinin olması

Peşəkar biliklər:

• Dizayn və reklama aid mövcud standartlar və texniki şərtlər və tərtibat metodları;
• Çapa hazırlıq mərhələsi və çap texnologiyaları üzrə biliklər;
•  Sürətli araşdırma;
• Yenilikçi və təşəbbüskarlıq;
• İşgüzarlıq, Diqqətlilik, və məsuliyyətlilik.

Əlavə məlumatlar:

• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• 3 ay sınaq müddəti
• Gənc və mehriban kollektivlə iş mühiti
• Korporativ mobil nömrə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu yerində "Qrafik dizayner" yazmaqla iş portfelləri ilə birgə [email protected] elektron ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.