Vəzifənin adı: Təsərrüfat şöbəsinin texniki xidməti işləri üzrə mütəxəssis
Vəzifənin məqsədi: Müəssisədə məişət və təsərrüfat işlərinin yerinə yetirilməsi
“AzInTelecom” MMC-da İnzibati işlər departamentinin Təsərrüfat şöbəsində təsdiq olunan prosedur və proseslərə uyğun işlərin aparılması
Təhlükəsizlik və yanğınsöndürmə sistemlərinin işlək vəziyyətinin yoxlanması, tənzimlənməsi və nəticələr haqda birbaşa rəhbərə hesabat
İnzibati binanin və həyətyanı sahənin ümumi vəzəyyətini daim nəzarətdə saxlanması, elektrik sistemində nasazlıqlar, çatışmazlıqlar haqda birbaşa rəhbərə məruzə edilməsi, problemləri aradan götürmək üçün şöbənin əməkdaşlarının cəlb edilməsi
Santexnika işləri, su təsərrüfatının tənzimlənməsi, s şaxtalarına, xətlərin ümumi vəziyyətinə və syun təmizliyinə nəzarət
Binanın və həyətyanı sahənin texniki vəziyyətinin monitorinqi (liftlərin işləməsi, işıqlandırma, havalandırma, qazanxananın, sanitar qovşaqlarının, yeməkxananın, əsas və qəza çıxışlarının vəziyyəti) və mövcud vəziyyət haqda rəhbərliyə gündəlik hesabat
Mebellərin təmir olunması, quraşdırılması, yerdəyişməsi. Boya işlərinin icrasına nəzarət, qapı və pəncərələrdə başverən nasazlıqların aradan qaldırılmasının təşkili
Qazanxana operatoruna köməklik (sistemin havasının alınması, hava kanallarının yoxlanılması, açılıb bağlanılması, qurğuların işlək vəziyyətində olmasının mütəmadi yoxlanılması. Qazanxana təhvil-təslim jurnalına nəzarət
Təmirə ehtiyacı olan avadanlığın müəyyənləşdirilməsi və təmirin təşkili
Əməyin mühafizəsi üzrə mütəxəssislərə dəstək
Məlumatların “şirkət sirri” kimi qorunub saxlanılması
İŞ ƏLAQƏLƏRİ
Əsas daxili əlaqələr Bütün departament və şöbələr
Əsas xarici əlaqələr Subpodradçılar
TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR
Təhsil: Ali texniki
Kompetensiyalar
Fəal, aktiv, insanlarla ünsiyyət qurmaq bacarığı, stress hallarda və komanda ilə iş bacarığı
Müəyyən sahələrdə peşəkarliq (dərəcələri)
Qazanxana, mebel, santexnika, mühəndis işlərində bilik və bacarıqlarının olması
İş təcrübəsi
Təsərrüfat məsələləri üzrə iş təcrübəsi minimum 3 il
Dil və İT bilikləri
Azərbaycan dili – sərbəst, rus dili-orta. Microsoft Excel, Outlook, Word – əla
Müraciət edən namizədlərdən CV-ni [email protected] e-mailına göndərmələri xahiş olunur.