Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satış ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə aldıq, yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 20 illik yubileyini qeyd etmişdir və 600 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.
Biznes proseslərin təkmilləşdirilməsi üzrə mütəxəssis
İşin təsviri:
• Biznes proseslərinin müəyyən edilməsi və ya onların optimallaşdırılması;
• Müəyyən edilmiş və ya optimallaşdırılması təklif olunan biznes prosesləri üzrə metodologiyanın (normativ sənədlər, texniki tapşırıqlar və s.) hazırlanması;
• Biznes-proseslərin dəyişilməsi üzrə ehtiyaclarının müəyyən edilməsi məqsədi ilə struktur bölmələrin menecerləri ilə iş;
• Texniki tapşırıqların müəyyən vaxt çərçivəsində icrası;
• İşlərin prosedur və təlimatlara uyğun görülməsi;
• Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.
Namizədə tələblər:
• Yaş həddi: 25 - 35
• Ali təhsil (İqtisadi və ya riyazi sahədə);
• Maliyyə, mühasibatlıq, auditorluq sahəsində 3 ildən yuxarı iş təcrübəsi;
• İstehsal və xidmət sahəsində Biznes prosesləri bilməli;
• Vergi Məcəlləsini bilməli, ACCA F3, ERP məntiqli;
• Normativ xarakterli sənədlərin (prosedurların, qaydaların, təlimatların və s.) peşəkar yazılması bacarığı;
• Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
• Azərbaycan, Rus dillərini peşəkar səviyyədə bilməli.
Ə/haqqı: müsahibə əsasında
• İş vaxtı: 5 gün, 09:00-18:00;
• Nahar şirkət tərəfindən verilir.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume.php?vid=101
23.02.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.
Yalniz göstərilən meyarlara uyğun olan namizədlər musahibəyə çağırılacaq.