Biznesin inkişafı üzrə Aparıcı Mütəxəssis

İşin təsviri

Vəzifənin adı: Biznesin inkişafı üzrə Aparıcı Mütəxəssis

Vəzifənin məqsədi:

Yeni məhsulla bağlı tərəfdaşlıqlar yaratmaqla satışın reallaşması və müştəri bazasının genişlənməsi
 
Şirkətin və məhsulun inkişaf etdirilməsi üçün strateji planların, biznes planlarının hazırlanması sahəsində işləri həyata keçirmək
Araşdırmanı planlaşdırmaq üçün bazar araşdırmaçıları ilə sıx işləmək və gələcəkdə aparıcı trend və problemləri müəyyən etmək məqsədilə bazar məlumatlarını təhlil etmək
PAAS və SAAS-la bağlı imkanlardan faydalanmaq üçün planlar işləyib-hazırlamaq, eləcə də geniş əhatəli və uzlaşdırılmış təkliflər təqdim etmək.
Layihələri əvvəldən sona qədər idarə etmək
Müştərilər üçün sərfəli təkliflər hazırlamaq məqsədilə, IAAS, PAAS və SAAS-la bağlı (lakin bunlarla məhdudlaşmayaraq) müxtəlif yönümlü biznes məhsul və xidmətləri,  eləcə də paketləri təqdim etmək
Bazara məhsul çıxarılması sahəsində mühüm tərəfdaşlıqlara yol açacaq biznes modellərini işləyib-hazırlamaq
İstər mövcud və əldə edilmiş xidmətlər, proqram təminatı, proseslər və texnologiyaların, istərsə də biznes modellərinin planlaşdırılmış şəkildə icrasını təmin etmək məqsədilə şirkətdaxili departamentlərlə birgə işləmək
Tərəfdaşlıq Proqramının icrasını təmin etmək
Şirkətin məhsul və xidmətlərini təşviq etmək məqsədilə müştərilərlə əməkdaşlığı dəstəkləmək
Satış və Layihələr, Maliyyə və Marketinq heyəti ilə sıx şəkildə işləməklə, məhsulların gəlir, ümumi rentabellik və  proqnozlaşdırılma kimi cəhətlərini hazırlamaq və idarə etmək
Beynəlxalq trafikin idarə olunması və inkişafı proseslərinə nəzarət etmək
Dolayı satış kanallarını idarə etmək
Satış sahəsi üzrə qeyri-standart xidmətlərlə bağlı layihələrdə iştirak etmək

TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR

Təhsil
Biznes sahəsi üzrə bakalavr dərəcəsi (magistr dərəcəsinə üstünlük verilir)
Kompetensiyalar
İT sahəsi üzrə biliklər
Dərin texniki bilik və bacarıqlara malik olmaq
Layihələri idarə etmək bacarığı
Mükəmməl ünsiyyət qurma bacarığı
Müəyyən sahələrdə peşəkarlıq (dərəcələri)
 
İş təcrübəsi
Biznesin inkişafı sahəsi üzrə ən azı 3 il təcrübə
Dil və İT bilikləri
Azərbaycan və ingilis dillərini mükəmməl bilməli (rus dilini bilənlərə üstünlük verilir)
Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı

Interested Candidates please send your CV to [email protected] indicating the title of position in the subject line of your message.
Otherwise your candidacy will not be considered.