Tərcüməçi

  • Company
  • Elanın qoyulma tarixi: 14.01.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tərcüməçi

Vəzifə öhdəlikləri:

- Elmi, texniki, ictimai-siyasi, iqtisadi, hüquqi, normativ-texniki sənədləri və başqa xüsusi ədəbiyyatları müvafiq dillərə səlis şəkildə tərcümə etmək (İstiqamət: Azərbaycan – İngilis, İngilis-Azərbaycan, Rus – İngilis, Rus – Az  dillləri)
- Xarici ölkələrin, idarə və müəssisələrinin yazışma materiallarını, eləcə də seminar, iclas, yığıncaqların və s. materialları tərcümə etmək

Tələblər:

- Müvafiq sahədə ali təhsil (filologiya, dilçilik sahələri və s.)
- Yaş həddi: 25-35
- Azərbaycan, rus və ingilis dilini yüksək səviyyədə bilməli
- MS Office proqramları üzrə biliklər
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
- Fərdi və komandada işləmək bacarığı
- Dəqiq və sürətli işləmək bacarığı

İş şəraiti:

- İş qrafiki: 09:00-18:00, həftənin bazar ertəsi – cümə günləri
- İstirahət günü: şənbə, bazar günləri
- İş yeri Sumqayıt şəhərində yerləşir
- Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər
- İşçi korporativ nömrə və naharla təmin edilir
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir
- İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcəkdir.

Maraqlananlar öz şəkilli CV formalarını [email protected] ünvanına göndərə bilər.

Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək və Cv-nin şəkilli olması mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.