Vəzifə: Ofis Menecer
İş qrafiki: Bazar etrəsi-Cümə, 09:00-dan 18:00-dək
Vəzifə Öhdəlikləri:
• Daxil olan zənglərin və elektron ünvana gələn məktubların, sorğuların vaxtında cavablandırılması, yönləndirilməsi, lazımi qeydlərin aparılması və aidiyyatı şəxslərə çatdırılması;
• Ezamiyyət işlərinin təşkilində lazımi sənədlərinin hazırlanması /xarici ölkələrə uçuş biletlərinin və otel bronlaşdırılması işləri və s.;
• Xaricdən gələn qonaqların qarşılanmasın mehmanxanada yerləşdirilməsin təşkili;
• Korporativ nömrələrin koordinasiyası;
• Şirkətdaxili kargüzarlıq işlərinin yerinə yetirilməsi;
• Ofis şəraitində lazımi şirkətlərlə telefon və mail olaraq əlaqə yaratmaq;
• Ofisdaxili idarəetmə işlərinin yüksək səviyyədə yerinə yetirilməsi;
• Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi;
• Şirkətdaxili nizam-intizam qaydalarına riayət etmək və riayət olunmasına nəzarət;
• Tabeliyində olan işçilərlə işin düzgün qurulması və koordinasiyası;
• İşlə əlaqədar lazımi şirkətlərlə əlaqələrin yaradılması;
• Ofis avadanlıqlarına mütəmmadi olaraq nəzarət edilməsi;
• Müdiriyyətin digər tapşırıqları
Tələb olunan Təcrübə, Bilik və Bacarıqlar:
• Ali təhsil
• Azərbaycan dili- doğma, Rus dili –səlis, İngilis dili-Yaxşı
• Kompüter biliyi: MS Office
• Oxşar sahədə iş təcrübəsi olanlara üstünlük veriləcək
• İdarəetmə bacarığı
• Məsuliyyət və dəqiqlik
• Yüksək şifahi və yazılı ünsiyyət bacarığı
• Planlaşdırma və təşkilat
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.