Suvarma işləri üzrə mühəndis
Vəzifə və öhdəliklər:
• Suvarma şəbəkələrini, hidrotexniki qurğularının, suvarma nasoslarının saz halda fasiləsiz işləməsini təmin etmək;
• Bitkilərin suvarılması, kanalların təmizlənməsi, və başqa suvarma şəbəkələrinin cari və əsaslı təmirinin müntəzəm aparılmasını təmin etmək;
• İşçilərə vəzifəsi dairəsində texnika və avadanlıqlardan istifadə zamanı təhlükəsizlik qaydaları barədə təlimat keçirmək;
• İlin əvvəlində Baş Aqronomla birlikdə əkmələrin suvarılmasına dair qrafik hazırlamaq,suvarma suyunun verilməsinə və düzgün sərf edilməsinə nəzarət etmək;
• Suvarma şəbəkələri, kollektor-drenaj kanallarının təmirini, onların sistematik və səmərəli işləməsini təmin etmək;
• Təsərrüfatın suvarma suyu ilə təminatı üçün bütün tədbirləri görmək;
• Mütərəqqi suvarma üsulları tətbiq etmək, işçilərin lazımi alətlər və avadanlıqlarla təmin etmək, təmiri, ehtiyyat hissələrinin daşınıb gətirilməsini təşkil etmək;
• Suvarma qurğuları və şəbəkələrinlə baş verə biləcək qəzalara qarşı mühafizəni təmin etmək;
• Suyun sərfi uçotunu apmaq, suvarma haqda hesabatların verilməsi;
• Ona tabe olan işçiləri təlimatlandırmaq, texniki təhlükəsizlik haqqında məlumat vermək, əmək intizamını təmin etmək;
• Texniki təhlükəsizlik, əmək mühafizəsi, istehsal sanitariyası qaydalarını riayət etmək;
Tələblər:
• Bu sahədə təhsil və ən az 5 il iş təcrübə
• Su təmizləmə aparatının (OSMOS) işlətmə mexanizmini bilmək;
• Rus dili bilikləri, Kompüter bilikləri: MC Office
• Təsərrüfat nizamnamələri bilikləri
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsal sanitariyası, yanğından mühafizə qayda və normaları bilikləri
İş haqqında
• İş vaxtı: 09:00 – 18:00
• İş günü: I-V günlər
• İş yeri: Hövsan qəsəbəsi, Südçülük sovxozu
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.