Mühəndis elektrik

  • AS Aqro Co
  • Elanın qoyulma tarixi: 23.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

AS AQRO CO MMC

Mühəndis elektrik

Əmək haqqı  800 AZN

Vəzifə və öhdəlikləri

• Elektrik enerjisini istehsal edən qurğular, elektrik stansiyaları, ötürücü və paylayıcı elektrik şəbəkələri və sistemlərini layihələşdirmək və bu sahədə məsləhətlər vermək:
• Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini qurmaq;
• Sənaye təyinatlı və digər bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
• İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki və maliyyə hesablamaları aparmaq;
• Müəssisənin gündəlik və gələcək inkişaf planlarının hazırlanmasında iştirak və onların yerinə yetirilməsinə nəzarət etmək;
Elektrik enerjisinin istehsal, ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək və monitorinq etmək.
• Elektrik maşınları, elektrik intiqalı, dartma və digər avadanlıqlar, yaxud elektrik məişət avadanlıqları üçün sistemləri layihələşdirmək və bununla bağlı məsləhətlər vermək:
• Avadanlıqlar və ehtiyat hissələrini sifariş vermək, müxtəlif növlü müqavilələr tərtib etmək və bağlamaq.

• Elektrik enerjisini istehsal edən qurğular və paylayıcı sistemlərin, müxtəlif elektrik işlədicilərinin, mühərrik və avadanlıqların işi və təhlükəsizliyinin monitorinq edilməsi üçün nəzarət standartları və prosedurları yaratmaq:
• Sınaq və yoxlama qrafiklərinin hazırlanmasında iştirak etmək; 
• Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək.

• Elektrik sistemləri üçün elektrik enerjisinin istehsal metodlarını müəyyənləşdirmək, eləcə də mövcud elektrik sistemlərinin müxtəlif elementlərini, maşın və avadanlıqları istismar etmək, saxlamaq və təmir etmək:
• Mövcud təlimatlara əsasən, avadanlıqların iş rejiminə və onların texniki normalara uyğun işləməsinə nəzarət etmək; 
• Qəza və imtinaların (sıradan çıxma hallarının) təhlilində iştirak etmək;
• İş yerlərində səmərəliliyin artırılması, avadanlığın modernləşdirilməsi üzrə layihə-konstruktor sənədlərini razılaşdırmaq və rəylər vermək.

• Layihələşdirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək:

Tələblər:

• Təhsili: Ali texniki təhsil və zəruri sertifikatları olan;
• Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]  elektron ünvanına mövzu hissədə mütləq vəzifənin adı  (Mühəndis elektrik)qeyd olunmaqla  göndərə bilərlər.