Satış Koordinatoru

İşin təsviri

Satış Koordinatoru

İşçiyə qoyulan tələblər:

• Cinsi: Kişi, qadın
• Təhsil: Ali
• İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il
• Dil bilikləri: Azərbaycan dili - doğma, İngilis dili – yaxşı, Rus dili  -  yaxşı
• Digər bacarıqları: Internet Explorer, Microsoft Office
• Kargüzarlıq işlərini bilmək
• Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı

Şəxsi keyfiyyətlər:

• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Ünsiyyət, rabitə və komandada  işləmək bacarığı

Vəzifə öhdəlikləri:

• Müştərilərin iş fayllarının hazırlanması.
• Müştərilərin satınalma sifarişlərinin izlənməsi.
• Qiymət cədvəllərinin hazırlanması.
• Gömrük rəsmiləşdirilməsi üçün sənədlərin hazırlanması.
• Avadanlıq üçün hesab-fakturaların hazırlanması.
• Təchizatçılar ilə satış müqavilələrinin hazırlanması.
• Satınalma sifarişlərinin hazırlanması.
• Həftəlik, aylıq fakturaların, pərakəndə satış hesabatlarının hazırlanması.
• Müştərilərin sorğularına baxılması, təkliflərin göndərilməsi və satınalma sifarişlərinin alınmasından sonra iş fayllarının saxlanılması.
• İzahat üçün bütün müştərilərlə əlaqə saxlamaq.
• Təchizatçı ilə tələb olunan avadanlıq üçün sifarişin yerləşdirilməsi və yükdaşıma şirkətləri ilə avadanlığın alınmasını əlaqələndirmək.
• İşin hesab– fakturasının göndərilməsi üçün mühasibatlıq ilə əlaqələndirmə.
• Pul vəsaitlərinin dövriyyəsi haqqında hesabatın, aylıq büdcə hesabatlarının hazırlanmasına cavabdehdir.
• Məhsul və təlim materialları üçün bazanın saxlanması.

İş şərtləri:

• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Rəsmi, stabil ödənilən əmək haqqı
• İcbari  sığorta
• İş vaxtı: 5/2, 8.00 – 17.00 (bazar ertəsi – cümə)
• İstirahət günləri: şənbə, bazar
• Korporativ nömrə və danışıq vaxtı verilir
• Mehriban kollektiv 

Maraqlananlar öz CV formalarını [email protected]/[email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.