Hidravlik-mexanik (ağır texnika üzrə)

İşin təsviri

Vəzifə: Hidravlik-mexanik (ağır texnika üzrə)

İşin təsviri:

- Ağır texnikaların hidravlik sistemlərində yaranan nasazlıqla bağlı diaqnostika işləri aparır;
- Nasazlığın səbəbini ortadan qaldırmaqla təmir prosesini həyata keçirir;
- Hidravlik nasosları və hidravlik mühərrikləri təmir edir;
- Ağır texnikalarla bağlı ölkədaxili və xarici ölkələrdə təlimlərdə olur;
- Təhlükəlizliyin qorunması məqsədi ilə iş şəraitini davamlı olaraq yoxlayır;
- İşin keyfiyyətinin və və müştəri məmnuniyyətinin artırılması üçün öz təkliflərini irəli sürür;
- İşlə bağlı rayonlarda ezamiyyətlərdə olur;
- Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirir;

Tələblər:

- Ali texniki təhsil
- Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi
- Hidravlik sxemlərini oxumağı bacarmalıdır
- Sürücülük vəsiqəsi: B

İş qrafiki:

- Bazar ertəsi – Cümə:  8:30  - 17:30
- Şənbə : 10.00  – 16.00

Əmək haqqı: 1500-2000 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq)

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına  mövzu yerində “Hidravlik-mexanik” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.