Çilingər (LADA avtomobil təmiri üzrə) / Samux rayonu

  • Agro Dairy
  • Elanın qoyulma tarixi: 12.12.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Agro Dairy” MMC “Çilingər (LADA avtomobil təmiri üzrə)” vəzifəsinə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri

- Nəqliyyat vasitələrində ortaya çıxan mexaniki və texnoloji problemləri ən qısa zamanda həll edərək, istehsalın ləngiməsinin qarşısının alınması;
- Təmir və yoxlama işləri üçün lazım olan alətlərin olub olmadığının yoxlamaq, əgər alətlər əksikdirsə və ya yoxdursa, sifariş verilməsi üçün müvafiq səlahiyyətli şəxsə məlumat vermək;
- Nəqliyyat vasitələrinin işlək vəziyyətə gətirilməsinin hazır plan əsasında həyata keçirilməsi və görülən işlərin müvafiq Təmir baxım/Xidmət tələb formuna qeyd edilməsi;
- Görülən işlərin Təmir baxım/Xidmət tələb formuna qeyd edilməsi, edilən işlərin müvafiq səlahiyyətli şəxslərə təslim edilməsi və məlumat verilməsi.

Tələblər

- 25-55 yaş arası olmalı;
- Müvafiq sahədə ali və ya orta ixtisas təhsili;
- Bu sahə üzrə 3-5 il təcrübəsi olmalı;
- Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismar qaydalarını bilməli;
- İşlədilən materialları və onların saxlanması qaydasını bilməli;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyasının qayda və normalarını bilməli;
- Lazım olduqda əlavə iş saatlarında işləməyi bacarmalı
- İngilis dili və rus dili bilənlərə üstünlük verilir.

Əlavə məlumat

- İş yeri – Samux rayonu

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 dekabr 2017-ci il tarixinədək  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Çilingər (LADA avtomobil təmiri üzrə)” şəklində göstərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi