Satınalma və Loqistika üzrə Menecer

  • GENS Elektrik
  • Elanın qoyulma tarixi: 29.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Gens Elektik MMC

Tutduğu vəzifə: Satınalma və Loqistika üzrə Menecer

Vəzifələri:

∙ Tədarük ediləcək məhsulların haradan alınacağını, çatdırılma şərtlərini bilməli;
∙ Xarici bazar qiymətlərinin analizi və müqayisəli hesablamanın aparılması ;
∙ Məhsul çıxışı ilə bağlı sənədləşdirmə işlərinin aparılması;
∙ Satınalmalar və təchizat üçün strategiya və siyasətləri hazırlayır və həyata keçirir.
∙ Proqnozlaşdırılan satınalma və ya təchizat planlarında işin icrası zamanı meydana çıxan fərqləri araşdırır.
∙ Yeni layihələrin həyata keçirilməsinə kömək etmək üçün davamlı olaraq öz biliyini artırır; təchizatçı və müqavilə sahəsindəki makro trendləri (meylləri) nəzarətdə saxlayır və bunlara cavab olaraq planlar həyata keçirir.
∙ Əsas təchizatçılarla effektiv əlaqələri və tərəfdaşlığı inkişaf etdirir və idarə edir; təchizatçıların və xidmət təminatçılarının Əsas siyahılarını hazırlayır və təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yeniləyir.
∙ Şöbələrdən gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirir; satınalma sifarişlərini hazırlayır və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edir.
∙ Qüsurlu və ya qəbul edilməsi mümkün olmayan yeni malları, xammalı və ya xidmətləri istifadəçilər, təchizatçılar və əlaqədar digərləri müzakirə edir və problemin aradan qaldırılması üçün islahedici və qabaqlayıcı tədbirlər görür..
∙  Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi üçün məsuliyyət daşıyır; işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra edir.
∙ Təchizatçılar və brokerlər (başqaları üçün mal alıb satanlar) ilə əlaqələri idarə edir.
∙ Qiymətləri aşağı salmaq və etibarlı razılaşmalar əldə etmək üçün danışıqlar aparır.

Təhsil/Təcrübə:

- 25-35 yaş aralığında olan xanım namizədlər
- Ali təhsil
- Analoji sahədə 2 il iş təcrübəsi;

∙ Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
∙ Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində sərbəst səviyyədə danışıq, yazmaq və oxumaq qabilliyyəti;
∙ Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

∙ Maaş: Razılaşma əsasında;
∙ Şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə;
∙ İş qrafiki: 6 gün, 09:00 – 18:00;

Email address: [email protected]

Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində göstərməyiniz, və cv-nizin şəkillə yollamanız xahiş olunur.Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaqdır.