Satış Təmsilçisi

  • Defne
  • Elanın qoyulma tarixi: 21.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Satış Təmsilçisi

Şöbə: Satış və Xidmət

Tabəçilik: Şöbə rəhbəri

Şirkət haqqında məlumat:

Baku Retail Partners şirkəti 2012-ci ildə yaradılıb. Əsas istiqamətlərin biri onlayn-mağaza
satışların keçirilməsidir. Şirkət, öz biznesinin fəaliyyətinə uyğun informasiya texnologiyaları ilə
təcrübə əsasında qida, qeyri-qida və ofis məhsullarının onlayn-pərakəndə satışı üçün unikal
inteqrasiya edilmiş əməliyyat həlli işləyib hazırlamışdır.

Vəzifə öhdəlikləri:

Yeni müştərilərin axtarışı və xidməti;
Təqdimatların hazırlanması və aparılması;
Mövcud müştərilərlə əlaqə dəstəkləyi və əlaqələrin genişləndirilməsi;
Müzakirələrin aparılması, müqavilələrin bağlanması;
Aktiv satışların keçirilməsi;
Müvəffəqiyyətli satış strategiyaları yaratmağı və tətbiq etmək bacarığı, müştərilərin meyarlarını
müəyyən etməsi;
Malların satışını və qaytarılmasının idarə edilməsi;
Əsas müştərilərlə işləməsi;
Satışların həcmini, sahələrini göstərən satışlar barədə dövri hesabat hazırlaması;
Market təhlilində iştirak edilməsi;
İş proseslərinə aid prosedurların hazırlanmasında iştirak etməsi;
Təchizat, marketinq və logistika departamentləri ilə əməkdaşlıq qurulması.

Namizədə tələblər:

Ali təhsil;
1 - 3 ilədək online pərakəndə satış təcrübəsi (üstünlükdür) ;
Yaxşı yazılı və şifahi bacarıqları;
Kommunikasiya bacarıqları;
Azərbaycan, rus dilində fikirlərini düzgün ifadə etmək bacarığı;
Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
İşə proseslə yanaşma bacarığı;
Problemin qarşısını almaq və həll etmək bacarığı;
Ofis proqramlarında sərbəst işləmək bacarığının olması.

İş şəraiti:

Karyera artımı;
İş qrafiki: Bazar ertəsi – Şənbə gününə, saat 09:00-dan 18:00-dək;
Aylıq əmək haqqı + satışdan bonus (KPİ) ;
Ofisdə nahar fasiləsi;
Rəsmiləşdirmə: AR ƏM əsasən aparılacaqdır;
Korporativ nömrə və danışıq limiti;
Mehriban və dinamik kollektiv.

Biz satış sahəsində təcrübəsi olan, biznesin orta ölçülü şirkət sahiblərinə xidməti sata bilən işçini axtarırıq. Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Satış məsləhətçisi” qeyd edərək öz CV lərini [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.