Hidro İnşaat Servis beynəlxalq və lokal sənaye layihələri üçün yüksək səviyyəli tikinti işlərini həyata keçirən şirkətdir. Şirkət yarandığı tarixdən bu yana ölkə daxilində su kanalizasiya, su anbarı və su kanalı kimi müxtəlif layihələri uğurla başa vurmuşdur.
Şirkət Avadanlıqlar şöbəsinə Dispetçer axtarır.
Əmək funksiyası
-Şirkət balansına avadanlıqların(generator, qaynaq aparatı, füzyon aparatı və s.) qəbulu, uçotu və balansdan çıxarılması işlərini yerinə yetirmək,
-Qüsur aktlarının, silgi aktlarının hazırlanması
-Avadanlıqların növlərinə görə nömrələndirilməsini və elektronik reyestrdə saxlanmasını təmin etmək,
-Avadanlıq inventarı üzrə hesabatları hazırlamaq, avadanlıqların saz və hazır vəziyyətdə olmalarına nəzarət etmək,
-Avadanlıqların periyodik təmiri və servisi ilə bağlı işlərin aparılmasına nəzarət etmək,
-Sahədən gələn ani avadanlıq tələblərini qeydə almaq və uyğun avadanlığın sahəyə çatdırılmasını təmin etmək,
-Sahələrdə istifadə edilən avadanlıqlarla bağlı sahə monitorinqinin edilməsi.
İlkin tələblər
Ali təhsil,
Logo Unity və Ms Office(Word, Excel) proqramlarında işləmə bacarığı,
Maşın qarajı, inşaat və ya istehsalat sahələrində iş təcürübəsi,
Avadanlıqlar və servis ilə bağlı şöbədə iş təcrübəsi.
Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki həftəlik 6 gündür. İstirahət günü bazar günüdür. Günorta yeməyi şirkət tərəfindən qarşılanır. İşçi komputer və telefon kartı ilə təmin edilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər.
Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirmək məqsədilə portala əlavə edilir.