Könüllü işçi - tərcüməçi

  • Tercume.az
  • Elanın qoyulma tarixi: 19.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşə götürən: TERCUME.AZ  gəncləri könüllü işçi kimi peşəkar kollektivdə iş təcrübəsinə dəvət edir.

Vəzifə: V.1 – Könüllü işçi - tərcüməçi

Könüllü işçi kimi işləməyin faydaları:

• İş təcrübəsi toplama
• Təcrübəli kolektivdən işi öyrənmə
• Kompüter proqramlarını öyrənmə
• Idarəçiliyi öyrənmə
• Siz mərkəzimizdə müəyyən müddət könüllü kimi işləyib yaxşı təcrübə topladıqdan sonra başqa şirkətlərdə rahatlıqla iş təcrübəsinə malik işçi kimi işləyə bilərsiniz.
• Üç aylıq stajdan sonra sizə sertifikat veriləcək.

İş öhdəlikləri:

• tərcümə və redaktə işləri
• Koordinatorun tapşırığı əasında internetdə araşdırma, hesabat, e-mailləri və zəngləri cavablandırmaq,cədvəl hazırlama və digər işlər
• Tərcümə mərkəzinə aid digər işlər

Tələb olunan keyfiyyətlər:

• Universitetin 2-ci, 3-cü və 4-cü kurs tələbələri və yaxud yeni məzun olmuş işləməyən şəxslər müraciət edə bilər
• Müvafiq sahədə təhsil
• Koordinator tərəfindən bilavasitə verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları icra etmək
• Daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət etmək;
• Təşəbbüskarlıq ünsiyyətqurma qabiliyyəti;
• Punktuallıq və məsuliyyət;
• Yarımştat (yarım gün, dərsdən sonra) işləmək mümkündür

Qeyd:

Xahiş olunur yuxarıdakı şərtləri qəbul edən əlaqəli şəxslər 15 Dekabr  2017 tarixinədək CV-lərini [email protected] göndərsinlər. Cv-ləri göndərərkən Emaildə subject bölümünə vakansiya kodunu və adını qeyd etsinlər.( V.1 – Könüllü işçi - tərcümə üzrə təcrübəçi).Kod və adı yazılmayan CV-lərə baxılmayacaq.