Database Administrator Oracle (PL/SQL developer)

  • IT Company
  • Elanın qoyulma tarixi: 13.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Database Administrator Oracle (PL/SQL developer)

Tələblər:

• Ali təhsil (texniki sahədə təhsil arzu olunandır və ya Oracle administrasiyası üzrə sertifikat)
• 3 ildən artıq DBA Oracle üzrə iş təcrübəsi
• Məlumat bazalarının rezervasiya metodlarının quruluşunun layihələşdirilməsi və təşkili daxil olmaqla,məlumat bazalarının layihələşdirilməsi üzrə təcrübə
• Oracle 10gR2 və 11gR2 administrasiyası üzrə dərin biliklər
• Oracle administrasiyası üçün vacib olan UNİX/Ubuntu/Mandriva/Debian (arzuolunandır) sistemləri bilikləri
• Azərbaycan və Rus dillərini sərbəst bilməli
• Texniki ingilis dili bilikləri (texniki sənədlərin oxunması, lazım olarsa, yazılmasına kömək etmək)
• Komandada işləmək bacarığı
• Aktivlik
• Məsuliyyət
• Diqqətlilik
• Çalışqanlıq
• Öyrənmə qabiliyyəti

Vəzifə öhdəlikləri:

• DBMS Oracle quraşdırılması
• Məlumat bazasının yaradılması və müşayiəti
• Mövcud məlumat bazalarının işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi
• Mövcud məlumat bazalarına dəstək işlərinin reqlamentinin hazırlanması və sənədləşmə işində köməklik göstərmək
• Təhlükəsizliyin, məlumatların bütövlüyünün və davamlılığın təmin edilməsi
• Ehtiyat surətinin çıxarılması və bərpası (Configure ARCHIVELOG mode and recoverability, flash recovery, flashback features using RMAN system)
• Yeni məlumat bazasının layihələşdirilməsi və ehtiyatın təminatı
• Oracle lisenziyalaşması barədə biliklər
• DBMS istehsal qabiliyyətinin monitorinqi,optimallaşdırılması və tuninqi
• DWH (Data Warehouse) administrasiyası
• DWH (Data Warehouse) məlumat strukturunun dəyişdirilməsi
• Yenilənmənin vendordan qəbulu və test mühitində quraşdırılması
• Istehsal mühitində test yeniliklərinin quraşdırılması
• Istehsal mühitdə sınaqdan keçmiş scriptlərin (logs) quraşdırılması
• Müəyyən edilmiş qaydalara uyğun olaraq ehtiyat məlumat bazasının yaradılması prosesinin işə salınması və daşıyıcıda yazıların mövcudluğunun yoxlanılması
• Məlumat bazasının ehtiyat məlumat bazasından bərpa edilməsi
• Məlumat bazasının bərpa edilməsi üzrə aparılan işlər haqda hesabatların təqdim olunması
• Qoyulmuş tapşırıqların qeydiyyatının aparılması
• Məlumat bazası ilə işləyəcək proqramlarda yazılacaq SQL scriptlərin optimallaşmasında iştirak etmək
• SQL-sorğularının, PLSQL-prosedurlarının məlumat bazasına təsdiqlənmiş sifariş əsasında yazılması

Interested Candidates please send your CV to [email protected] indicating the position in the subject line of your message.
Otherwise your candidacy will not be considered.