Baş Memar

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 01.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Melissa Group” yeni layihələrinin artması ilə əlaqədar olaraq “Baş Memar” vakansiyası elan edir:

Vəzifə öhdəlikləri:

• Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
• Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
• Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi, həllərin tətbiq olunması;
• İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması;
• İlkin eskiz/cizgini layihə rəhbəri və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
• Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
• Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
• Aylıq smetaların hazırlanması;
• Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, elektron versiyalı prezentasiya materialları) hazırlanması.

Digər məlumat:

• Altıgünlük iş qrafiki.
• Əməkhaqqı: 1200-1500 manat

Vəzifəyə dair tələblər:

• Müvafiq sahədə ali təhsil (İnşaat mühəndisliyi);
• Müvafiq sahədə 5 ildən çox iş təcrübəsi (yüksək mərtəbəli yaşayış binalarının layihələndirilməsində iş təcrübəsi olanlara üstünlük veriləcək);
• AutoCAD və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı;
• Əllə eskizləri çəkmək bacarığı;
• Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
• Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
• Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
• Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
 
CV-lərinizi [email protected] ünvanına "Baş Memar" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi