Dağ-mədən işləri üzrə Mütəxəssis

  • Elanın qoyulma tarixi: 31.10.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Dağ-mədən işləri üzrə Mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Müvafiq sahədə prioritetlərin formalaşdırılmasında, layihələrin işlənilib hazırlanmasında iştirak etmək;
• Dağ-mədən üzrə layihələrin sənədləşməsinin düzgünlüyünü təmin etmək və onların saxlanma qaydasına uyğun olaraq qeydiyyatlarını dəqiq aparmaq;
• Dağ-mədən üzrə layihələrə dair elektron və yazılı məlumat bazası yaradılmasında və bu məlumatların mütəmadi olaraq yenilənməsində iştirak etmək;
• Strukturun iş planlarının və hesabatlarının hazırlanmasında, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsində iştirak etmək;
• Dövlət və özəl təşkilatlar ilə müştərək layihələrin həyata keçirilməsi və koordinasiyası istiqamətində tədbirlər görmək;
• Müxtəlif dağ-mədən üzrə layihələrin planlaşdırılmasını (məqsəd və vəzifələr, mərhələ və tədbirlərin ardıcıllığı) təşkil etmək;
• Dağ-mədən üzrə layihələrə dair elektron və yazılı məlumat bazası yaradılmasında və bu məlumatların mütəmadi olaraq yenilənməsində iştirak etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Microsoft Office proqramlarını mükəmməl bilməli;
• Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus dili və İngilis dili arzuolunandır;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq vəzifədə ən azı 1 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Dağ-mədən işləri üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.