İş yeri: Ağstafada yeni açılacaq mağaza
Yerləşdiyi ərazi: Ağstafa
Ağstafa, Tovuz sakinləri müraciət edə bilərlər.
Vəzifə: Kassir-Satıcı
Əmək haqqı: 300-350 AZN
*İşçilərin mağazaya aparılıb gətirilməsi üçün servis təşkil olunur.
Vəzifə öhdəlikləri:
- Alıcılarla etik qaydalara riayyət etməklə ünsiyyət qurmaq;
- Alıcıya xidmət, malın təklifi və göstərilməsi, malın dəyərinin hesablanması, kassa işlədilməsi və çekin verilməsi işini həyata keçirməlidir;
- Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara mütləq riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək;
- Kassa hesabatını tərtib etmək;
- Malın alınma zamanı çeşidi, sayını, qiymətini yoxlamaq və satışa hazırlamaq;
- Malın üzərinə qiyməti yerləşdirmək, malların rəflərə səliqəli şəkildə düzmək, rəflərin təmizliyinə nəzarət etmək;
- İşin axırında çekləri və pulu hesablamaq və təhvil vermək, satılmayan malları yığışdırmaq .
Tələblər:
- Ali təhsilli olması arzuolunandır;
- Kollektivlə işləmək bacarığı;
- Kassa və satış sahəsində 2 il təcrübə;
- Azərbaycan, Rus dillərində sərbəst danışan, İngilis dili (arzuolunandır);
- Gülərüz, məsuliyyətli, müştəri və personal ilə ünsiyyət bacarığı;
- Ofis proqramlarında işləmə bacarığı
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Başlıq hissə göstərilməyən CV-lərə baxılmayacaq.