Brend Menecer (parfumeriya və kosmetika sahəsi üzrə)

  • Brend Shops
  • Elanın qoyulma tarixi: 25.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Brend Menecer (parfumeriya və kosmetika sahəsi üzrə)

Əmək haqqı: Əmək haqqı yüksəkdir

İş saatı: 09:00-18:00

Vəzifə təlimatları:

• Brendin inkişafı üzrə strateji planlaşdırmanı həyata keçirmək;
• Məhsulun satış sxemini hazırlayıb rəhbərliyə təqdim etmək;
• Bazar trendlərinin monitorinqini və analazini aparmaq;
• Təmsil etdiyi brend şirkətlərlə yazışmalar aparmaq, ən son məlumatlar barəsində birbaşa rəhbərinə və aidiyyatı strukturlara məlumat vermək;
• Satış nöqtələrində təmsil etdikləri brendlərin çeşidinə nəzarət etmək;
• Şirkətin təmsil etdiyi brendlərin keyfiyyətli və vaxtlı-vaxtında təmin olunmasına nəzarət etmək;
• Xarici ölkələrdən elektron formada malların sifarişinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görmək və sifariş edilən malların ölkəyə gətirilməsinə, şirkətə çatdırılmasına və malların mağazalar arasında müvafiq qaydada bölüşdürülməsinə bilavasitə nəzarət etmək;
• Mağazalarda malların bölgüsünün hazırlanmasına, razılaşdırılmasına, sistemdə qeydə alınmasına nəzarət etmək;
• Müvafiq brend üzrə satış heyətinə təlim keçirilməsinin təmin edilməsi;
• Brendin satışının artırılması məqsədi ilə müxtəlif marketinq tədbirlərini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək;
• PR konsepsiyasının yaradılması təcrübəsi, PR tədbirlərinin həyata keçirilməsi;
• PR məqsədlərinin müəyyən edilməsi üçün daxili kommunikasiya kanallarının yaradılması.

Namizədə qarşı tələblər:

• Təhsil: İqtisadiyyat və biznesin idarə edilməsi üzrə ali təhsil (magistratura təhsili arzuolunandır);
• İş təcrübəsi: 7-10 il, brendlərlə iş təcrübəsi (parfumeriya və kosmetika sahəsi üzrə);
• Dil biliyi: Azərbaycan, Rus, İngilis dili (əla səviyyədə);
• Komputer biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook);
• Nəzəri biliklər:
Bazar iqtisadiyyatı, sahibkarlıq və biznesin təşkili qaydaları;
Bazarın analizi;
Bazarın inkişafının qanunauyğunluğu və məhsul tələbatının formalaşdırılması barədə baza biliklər;
Brend haqqında ətraflı məlumat;
Məhsul çeşidi, təsnifatı, xarakteristikası və təyinatı barədə ətraflı məlumat;
• Ezamiyyətlərə açıq olmalıdır.

CV göndərərkən mövzu qismində "Brend menecer" sözünün yazılması mütləqdir!

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Əlaqə Telefonu: (050) 306 37 07