Mühasib

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 25.10.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

MÜHASİB

Vəzifə funksiyaları:

 Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, qayimələri, aktları tərtib etmək;
 İşçilərin əmək haqlarını və digər ödənişlərini hesablamaq;
 Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına işləmək;
 Təşkilatlara vergi hesab-fakturalarını yazır və təqdim etmək;
 Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlamaq, müvafiq hesablar planına işləmək;
 İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
 Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
 Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
 Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icra etmək.

Tələblər:

 Mühasibatlıq sahəsində Ali təhsil,
 Bu sahədə minimum 1 il iş təcrübəsi;
 MS Office bilikləri, LOGO bilmək üstünlükdür.

Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1, Sumqayıt Kimya Sənaye Parkı.

Vakansiya tələblərinə cavab verən şəxslər CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.