Vəzifə: Tikinti İşləri üzrə Sahə Rəisi
Əsas vəzifə-öhdəliklər:
• Təyin edilmiş ərazidə tikinti-quraşdırma işləri planının işçi çertyojlarına, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq yerinə yetirilməsini təmin edir;
• Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
• Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, layihə rəhbərinə bildirmək.
• Günlük və aylıq məruzələri hazırlamaq, onlara nəzarət etmək.
• Bütün podrat işlərini və digər işləri həyata keçirmək və mühəndislik şöbəsinə göndərmək.
• Tikinti sahəsində daşınma işlərini həyata keçirmək və layihə rəhbərinə bildirmək.
• Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq.
Tələb olunan keyfiyyətlər:
• Müvafiq sahədə Ali təhsil (İnşaat mühədisliyi sahəsinin diplomu)
• Qeyd olunan sahədə ən azı 4 (dörd) il iş təcrübəsi;
• Microsoft Office proqramlarında(Word, Excel) işləmək bacarığı (AUTOCAD və MS Project bilənlərə üstünlük veriləcək);
• Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
• Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri , həmçinin tikinti istehsalının texnologiya vətəşkilini, sahədə işin aparılması prisniplərini bilmək;
• Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq;
İş şəraiti:
• İş rejimi – Həftədə 6 gün
• İş yeri Salyan və Hacıqabul rayonu
• Yemək və transport şirkət tərəfindən qarşılanır.
• Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 oktyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “(Tikinti İşləri üzrə Sahə Rəisi)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.