SƏTƏM Mühəndisi

  • AS İnşaat MMC
  • Elanın qoyulma tarixi: 22.10.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

SƏTƏM MÜHƏNDİSİ

İşin təsviri:
 
- Əməyin mühafizəsi üzrə Qanunvericilik və digər tələblərə dair məlumat ilə rəhbərlik, işçilər, həmçinin potratçı və təşkilat ilə bağlı bütün tərəfləri  məlumatlandırmaq  və  əməl edilməsinə nəzarət etmək;
- İş yerlərində proses və avadanlıqla əlaqədar təhlükələri təyin etmək, riskləri qiymətləndirmək, zəruri tədbirlərin  həyata keçirilməsində istirak etmək və həmin tədbirlərə əməl olunmasına nəzarət etmək;
- Baş verə biləcək  bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- Ərazidə Fərdi mühafizə vasitələrinin geyinilməsi, avadanlıqların, mühafizə vasitələrinin  zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsinə, qoruyucu və mühafizə vasitələrinin vəziyyətinə nəzarət;
- SƏTƏM üzrə prosedur və təlimatların işlənib hazırlanması və tətbiqini, daxili auditlərin təşkili və həyata keçirilməsi və düzəldici və ya qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsini təmin etmək;
- Gündəlik sahə yoxlamalarının aparılması  və yoxlamalar nəticəsində aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını təqib etmək;
- SƏTƏM üzrə tələb olunan sənədlərin olmasının və əlaqədar heyət tərəfindən başa düşülməsini təmin etmək;
- Yanğın təhlükəsizliyi üzrə vasitələrin, balonların işlək vəziyyətdə olmasını təmin etmək, personalı fövqəladə  hallar zamanı görüləcək işlər barədə, həmçinin, təxliyyə planı barədə təlimatlandırmaq.

Vəzifəyə olan tələblər:

- Təhsili: Ali texniki təhsil;
- SƏTƏM və ya əməyin təhlükəsizliyi  üzrə minimum 2 il iş təcrübəsinin olması;
- SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
- Dil bilikləri: Azərbaycan və Rus, İngilis dili üstünlükdür;
- Kompüter bilikləri: MC Office.

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu yerinə "SƏTƏM mühəndisi" yazaraq [email protected] ünvanına göndərə bilərlər.

AS İnşaat MMC tərəfindən digər vakansiyalar