ƏM və TT üzrə Mühəndis

  • AS Aqro Co
  • Elanın qoyulma tarixi: 19.10.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ƏM və TT üzrə Mühəndis

Vəzifə və öhdəliklər:

• Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə siyasət və prosedurların hazırlanması və tədbiq edilməsi;
• İş sahələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə nəzarət;
• Mövcud qanunvericiliyə müvafiq olaraq əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsini təmin etmək;
• Əməyin mühafizəsi  üzrə qanunvericilik  aktlarına  əməl olunmasına, dövlət orqanlarının qətnamə və qərarlarının, əməyin mühafizəsi və  təhlükəsizlik  texnikası norma və qaydalarının yerinə yetirilməsinə daim nəzarət etmək;
• İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasını “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” qaydalarına müvafiq şəkildə təşkil etmək;
• Əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə sənədlərin olmasını və onların düzgün aparılmasını nəzarətdə saxlamaq;
• Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Tələblər:

• Cinsi: Kişi
• Təhsili: Ali texniki təhsil
• ƏM və TT üzrə 3 il iş təcrübəsi
• İxtisas üzrə sertifikatların olması vacibdir
• Dil bilikləri: Azərbaycan və Rus, İngilis dili üstünlükdür
• Kompüter bilikləri: MC Office

Bilməlidir

• Əmək qanunvericiliyini, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarını;
• İstehsal texnologiyasını, müəssisənin texniki inkişaf perspektivlərini, əsas texnoloji avadanlıqları və onların iş prinsiplərini; istehsalın texnoloji hazırlığı üzrə metodiki və normativ materialları;
• Müəssisənin spesifik xüsusiyyətlərini, istehsal gücünü və iş rejimini;
• Ekoloji qanunvericiliyi;

İş haqqında

• İş vaxtı: 09:00 – 18:00              
• İş günü:  I-V günlər
• İş yeri:  Hövsan qəsəbəsi, Südçülük sovxozu

Əmək haqqı 800 - 1000 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]  elektron ünvanına göndərə bilərlər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.