Kurrikulum eksperti: "İsitmə, havalandırma, soyutma sistemləri və avadanlıqları üzrə montajçı"

İşin təsviri

Aİ Texniki Yardım layihəsi
N° ENI/2016/381-796
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi

NİRAS İsveç AB konsorsiumda aparıcı tərəfdaş qismində İspaniyanın Eductrade və İtaliyanın A.R.S. Progetti şirkətləri Peşə Təhsili və Təlimi (PTT) sahəsində aparılan islahatlara Texniki Yardım göstərmək məqsədilə layihə həyata keçirir.

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) ilə birgə əməkdaşlıq çərçivəsində və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icrasına 2017-ci ilin yanvar ayında başlanılmışdır və 33 ay müddətinə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin ümumi məqsədi PTT-nin bütün səviyyələrinin cəlbediciliyini və əmək bazarına uyğunluğunu artırmaqdır.

Layihə sənaye sektorunda “İsitmə, havalandırma, soyutma sistemləri və avadanlıqları üzrə montajçı” peşəsi üzrə kurrikulumun hazırlanması sahəsində qısamüddətli böyük ekspert vəzifəsinə işçi axtarır. Qısamüddətli ekspert aşağıda qeyd edilmiş vəzifələrin icrası məqsədilə layihə komandası, xüsusilə, uzunmüddətli yerli ekspert və əsas ekspert, eyni zamanda benefisiarın nümayəndələri ilə birgə işləyəcəkdir.

İxtisas və bacarıqlar

Ümumi ixtisas və bacarıqlar:

Minimum tələblər:
 Bakalavr dərəcəsi və ya seçilmiş sektorlar üzrə Peşə Təhsili və Təlimi və ya təhsil sahəsində peşəkar təcrübə
 Yaxşı kompüter bacarıqları (Microsoft ofis proqramları)
 Azərbaycan dilində mükəmməl yazmaq və danışmaq bacarığı
 Mükəmməl təşkilati və ünsiyyət bacarığı
 Müxtəlif tapşırıqları eyni vaxtda icra etmək və işləri vaxtında təhvil vermək bacarığı

Üstünlük verilən tələblər:
 İngilis və rus dillərində yazmaq və danışmaq bacarıqları olanlara üstünlük veriləcək
 
Ümumi peşəkar təcrübə

Minimum tələblər:
 Sənaye sektoru üzrə ən azı 1 illik praktiki iş təcrübəsi  
 İsitmə, havalandırma, soyutma sistemləri və avadanlıqları üzrə ən müasir texnoloji yeniliklər barədə məlumatlı olmaq 
Xüsusi peşəkar təcrübə

Minimum tələblər:
 Sənaye sektoru üzrə “İsitmə, havalandırma, soyutma sistemləri və avadanlıqları üzrə montajçı” və ya oxşar vəzifədə praktiki iş təcrübəsinin olması

Üstünlük verilən tələblər:
 Sənaye sektoru üzrə səriştə əsaslı kurikulumların hazırlanması və icrası üzrə iş təcrübəsinin olması əsasdır, lakin peşə və kvalifikasiya standardlarının hazırlanması və ya icrası üzrə iş təcrübəsi isə arzuolunandır.

Ətraflı məlumatı buradan əldə edə bilərsiniz:  ( ToR_Senior_STE_Curriculum_Development_HARMI_AZ.pdf )

QEYD: Sosial sığorta və gəlir vergisi ödənilməsi üçün məsuliyyət işçinin üzərinə düşür.
QEYD: Dövlət qulluqçuları, benefisiarla müqavilə əsasında xidmət göstərən, layihə işi üçün dövlət qulluğundan ayrılan və ya benefisiarla müqaviləsini dayandıran şəxslərin müraciəti nəzərə alınmır.

Namizədlərdən CV-lərini (Europass formatda: http://europass.cedefop.europa.eu/ ) əlavə məktubu ilə birgə "İsitmə, havalandırma, soyutma sistemləri və avadanlıqları üzrə montajçı" başlığı ilə 23 oktyabr 2017-ci il tarixinədək [email protected] ünvanına göndərməsi xahiş olunur.
Seçilmiş namizədlər 2017-ci ilin oktyabr ayında müsahibəyə dəvət ediləcəkdir.