Aİ Texniki Yardım layihəsi
N° ENI/2016/381-796
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi
NİRAS İsveç AB konsorsiumda aparıcı tərəfdaş qismində İspaniyanın Eductrade və İtaliyanın A.R.S. Progetti şirkətləri Peşə Təhsili və Təlimi (PTT) sahəsində aparılan islahatlara Texniki Yardım göstərmək məqsədilə layihə həyata keçirir.
Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) ilə birgə əməkdaşlıq çərçivəsində və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icrasına 2017-ci ilin yanvar ayında başlanılmışdır və 33 ay müddətinə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin ümumi məqsədi PTT-nin bütün səviyyələrinin cəlbediciliyini və əmək bazarına uyğunluğunu artırmaqdır.
Layihə avtomobil nəqliyyatı sektorunda “Avtomobillərin kompüter diaqnostikası üzrə mütəxəssis” peşəsi üzrə kurrikulumun hazırlanması sahəsində qısamüddətli ekspert vəzifəsinə işçi axtarır. Qısamüddətli ekspert aşağıda qeyd edilmiş vəzifələrin icrası məqsədilə layihə komandası, xüsusilə, uzunmüddətli yerli ekspert və əsas ekspert, eyni zamanda benefisiarın nümayəndələri ilə birgə işləyəcəkdir.
İxtisas və bacarıqlar
Ümumi ixtisas və bacarıqlar:
Minimum tələblər:
Bakalavr dərəcəsi və ya seçilmiş sektorlar üzrə Peşə Təhsili və Təlimi və ya təhsil sahəsində peşəkar təcrübə
Yaxşı kompüter bacarıqları (Microsoft ofis proqramları)
Azərbaycan dilində mükəmməl yazmaq və danışmaq bacarığı
Mükəmməl təşkilati və ünsiyyət bacarığı
Müxtəlif tapşırıqları eyni vaxtda icra etmək və işləri vaxtında təhvil vermək bacarığı
Üstünlük verilən tələblər:
İngilis və rus dillərində yazmaq və danışmaq bacarıqları olanlara üstünlük veriləcək
Ümumi peşəkar təcrübə
Minimum tələblər:
Avtomobil nəqliyyatı sektoru üzrə ən azı 1 illik praktiki iş təcrübəsi
Avtomobil nəqliyyatı sektoru üzrə ən müasir texnoloji yeniliklər barədə məlumatlı olmaq
Xüsusi peşəkar təcrübə
Minimum tələblər:
Avtomobil nəqliyyatı sektoru üzrə “Avtomobillərin kompüter diaqnostikası mütəxəssisi” kimi və ya oxşar vəzifədə praktiki iş təcrübəsinin olması
Üstünlük verilən tələblər:
Avtomobil nəqliyyatı sektoru üzrə səriştə əsaslı kurrikulumların hazırlanması və icrası üzrə iş təcrübəsinin olması əsasdır, lakin peşə və kvalifikasiya standardlarının hazırlanması və ya icrası üzrə iş təcrübəsi isə arzuolunandır.
Ətraflı məlumatı buradan əldə edə bilərsiniz: ( ToR_Senior_STE_Curriculum_Development_Automotive Diagnostic Specialist_AZ.pdf )
QEYD: Sosial sığorta və gəlir vergisi ödənilməsi üçün məsuliyyət işçinin üzərinə düşür.
QEYD: Dövlət qulluqçuları, benefisiarla müqavilə əsasında xidmət göstərən, layihə işi üçün dövlət qulluğundan ayrılan və ya benefisiarla müqaviləsini dayandıran şəxslərin müraciəti nəzərə alınmır.
Namizədlərdən CV-lərini (Europass formatda: http://europass.cedefop.europa.eu/ ) əlavə məktubu ilə birgə "Avtomobillərin kompüter diaqnostikası üzrə mütəxəssis" başlığı ilə 23 oktyabr 2017-ci il tarixinədək [email protected] ünvanına göndərməsi xahiş olunur.
Seçilmiş namizədlər 2017-ci ilin oktyabr ayında müsahibəyə dəvət ediləcəkdir.