PR üzrə Mütəxəssis

İşin təsviri

PR üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri:

• Kütləvi İnformasiya Vasitələri ilə əlaqələr strategiyasının tərtib olunması, şirkət, onun xidmət və məhsulları haqqında məlumatın yerləşdirilməsi üçün daha da əlverişli mənbələrin müəyyən edilməsi
• İctimai Əlaqələr üzrə layihə və tədbirlərin tərtib və idarə olunması (təqdimat mərasimləri, sərgilər, konfranslar, və s.): büdcənin planlaşdırılması, tədbirlərin təşkili, layihə çərçivəsində sənədlərin hazırlanması və onun nəticələri əsasında yekun məruzənin tərtib olunması, və s.
• Məqalələrin, press-relizlərin, mətbuat konfransları və təqdimatlar üçün materialların hazırlanması
• İctimai əlaqələr üzrə nəticələrin monitorinqi və təhlili
• Şirkətin xarici imici haqqında məlumatın toplanması
• Podratçılarla işin təşkili (reklam şirkətləri, dizayn studiyalar, konfrans xidmətlər və s.)
• Şirkətin internet səhifəsinin monitorinqi və məlumat dəstəyi
• Şirkətin strategiyasının sosial şəbəkələrdə həyata keçirilməsi
• Reklam və məlumat xarakterli materialların, poliqrafiyanın tərtibi və çapa nəzarət
• Şirkətin cari strategiyasından asılı olaraq, yeni kanal və PR alətlərdən istifadə edərək, yeni hədəf auditoriyanın cəlb olunması

Tələblər:

• Ali təhsil
• PR sahəsində 3-5 il iş təcrübəsi
• Sosial şəbəkə və bloqlarda səhifələrin idarəetmə təcrübəsi
• Dil bilikləri: Azərbaycan və Rus dilləri - mükəmməl səviyyədə, İngilis dili arzuolunandır
• Kreativlik, təşəbbüskarlıq, innovativ yanaşma
• Təşkilati bacarığlar
• Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları
• Reklam və məlumat xarakteri daşıyan məqalələrin yazılması qabiliyyəti

İş şərtləri və şəraiti:

• İş qrafiki: Bazar ertəsi – Cümə günləri saat 9:00 - 18:00, Şənbə günləri – növbəli

Əmək haqqı – 500 AZN

E-mail: [email protected]