Risklərin təhlili şöbəsinin Rəisi

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 02.10.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

RİSKLƏRİN İDARƏ EDİLMƏSİ DEPARTAMENTİ

Vəzifə: Risklərin təhlili şöbəsinin Rəisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• İqtisadiyyat, riyaziyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil;
• Risklərin idarə olunması, maliyyə, audit/mühasibatlıq üzrə azı 3 il təcrübə;
• MS Office, o cümlədən MS Excel-dən təkmil istifadə bacarığı;
• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
• Xaricdə təhsil almış, o cümlədən FRM, PRM və CFA sertifikat sahibləri və bu imtahanlar üzrə mərhələ keçənlərə üstünlük veriləcək.

İŞİN TƏSVİRİ:

• Risklərin təhlili və minimallaşdırılması üzrə təkliflərin verilməsi;
• Kredit, bazar və əməliyyat risklərinin idarə edilməsi və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
• Risk menecment alətlərinin generasiyası və tətbiq edilməsi;
• Risk modellərinin qurulması və yenilənməsi;
• Bankdaxili prosedurların qiymətləndirilməsi və təkmilləşdirilməsini təklif etmək;
• Stress-testlərin keçirilməsi və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planın hazırlanması.

Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin təhlili şöbəsinin Rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Müraciət üçün son tarix – 30 oktyabr 2017-ci il.