Damla Suvarma və Elektronika üzrə Mütəxəssis (Qala qəsəbəsi)

  • Grand Agro MMC
  • Elanın qoyulma tarixi: 27.09.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: Grand-Agro MMC

Vəzifə: Damla Suvarma və Elektronika üzrə Mütəxəssis

İş yeri: Qala qəsəbəsi

Şirkət barədə:

Grand Agro Abşeron yarımadasında zeytun və badam istehsalı sahəsində fəaliyyət göstərir. Şirkət 2017-ci ildə yaradılmışdır və hal-hazırda əsas fəaliyyəti Qala qəsəbəsi ərazisində Zeytun bağlarının salınmasından ibarətdir.

Vəzifə öhdəlikləri:

- Hazırlanmış layihələrin təhlil olunması və səmərələşdirici təkliflərin verilməsi;
- Damla suvarma sisteminin qurulması zamanı: layihənin yoxlanılması və keyfiyyətə nəzarət;
- Montaj işləri zamanı ən azı iki şəxsi peşəkar səviyyədə yetişdirmək
- Suvarma sisteminin podratçıdan təhvil alınması;
- Suvarma sisteminin idarə edilməsi və baş verə biləcək nasazlıqların aradan qaldırılması;
- Sulama və gübrələmə proqramını qeydə almaq və həftəlik hesabat vermək.

Tələblər:

- Müvafiq və ya yaxın ixtisaslar üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Səlis ünsiyyət qurmaq bacarığı (həm şifahi, həm yazılı);
- Azərbaycan dili – səlis, Rus dili – orta. İngilis dili biliyi arzu olunandır;
- MS Office proqramları ilə işləmək bacarığı – yaxşı;
- Stress altında işləmək bacarığı;
- Müstəqil qərar vermək bacarığı.

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə 30 Oktyabr 2017-ci il tarixinədək [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi