Uyğunluq (PL/TMM) şöbəsinin Rəisi

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 27.09.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

RİSKLƏRİN İDARƏ EDİLMƏSİ DEPARTAMENTİ

Vəzifə: Uyğunluq (PL/TMM) şöbəsinin Rəisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• PL/TMM  ilə mübarizə sahəsində ən azı 3 il iş təcrübəsi;
• Dərin analitik bacarıqlar, böyük baza ilə işləmək qabiliyyəti;
• Bank qanunvericiliyi, PL/TMM üzrə milli qanunvericilik, beynəlxalq standartlar və tələblər sahəsində dərin bilik,;
• Bank fəaliyyəti və risklərin idarə edilməsi sahəsində bilik;
• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
• Güclü MS Office – Excel bilikləri, xml formatında hesabatların tərtibi bacarığı;
• Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

• PL/TMM qarşısının alınması üzrə daxili nəzarət proqramlarının tətbiq edilməsi;
• Bankın departament və filiallarında çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq üçün daxili nəzarət üzrə monitorinqin həyata keçirilməsi;
• Bankın və nəzarət tənzimləyici orqanlarının tələblərinə əsasən hesabatların hazırlanması, təhlili və təqdim edilməsi;
• Əməliyyat və iştirakçıların yoxlanılması, şübhəli əməliyyatların müəyyən edilməsi və gələcəkdə bu növ əməliyyatların qarşısının alınması daxil olmaqla PL/TMM qarşısının alınması üzrə department və filialların işinin təşkili və nəzarət etmək;
• Bankın şöbələri və filiallarından alınan şübhəli və qeyri-adi əməliyyatlar barədə məlumatların araşdırılması və təhlilin həyata keçirilməsi;
• Bank əməkdaşlarına PL/TMM daxili nəzarət həyata keçirilməsi üzrə təlimlərin keçirilməsi və əməkdaşların dövrü bilik səviyyəsinin qiymətləndirilməsi;

Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Uyğunluq şöbəsinin Rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
 
Müraciət üçün son tarix – 20 oktyabr 2017-ci il.