Marketinq üzrə şöbə Müdiri

İşin təsviri

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.

Şirkət Marketinq üzrə şöbə Müdiri vəzifəsinə təcrübəli işçiləri dəvət edir.

Marketinq şöbəsinin Müdiri:

- Marketinq fəaliyyətinin bütün istiqamətləri üzrə şirkətin strateji və təfərrüatlı marketinq planının hazırlayır;
- Marketinq fəaliyyətini həyata keçirmək üçün büdcəni hazırlayır və şirkətin rəhbərliyinə təqdim edir;
- Marketinq araşdırmaları aparır və əldə olunan məlumatların təhlilli hesabatını hazırlayır;
- Belə araşdırmaların aparılması üçün məqsədləri müəyyən edir;
- Əczaçılıq bazarının satış perspektivlərini öyrənir və təhlil edir, bazarın və rəqib şirkətlərin fəaliyyətinin monitorinqini həyata keçirir;
- Həm istehlakçıya həm də dilerlərə yönəldilmiş marketinq aksiyalarının və kampaniyalarının planını hazırlayır və həyata keçirir;
- Tərəfdaşlar arasında marketinq proqramının həyata keçirilməsi üzrə konkurslar təşkil edir;
- Tərəfdaşların AvroMedlə əməkdaşlığa cəlb olunması üçün danışıqlar aparır, onlarla müqavilələr imzalayır;
- Marketinq şöbəsinin işçilərinin gündəlik fəaliyyətinə nəzarəti həyata keçirir;
- Ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarət edir;
- Marketinq fəaliyyəti zamanı şirkətin brendinq siyasətinə əməl edir;
- Şirkətin marketinq fəaliyyətini genişləndirmək üçün təşəbbüslər irəli sürür, daha perspektivli məhsulların axtarışını həyata keçirir;
- Ay ərzində görülmüş işlər barədə yazılı hesabat təqdim edir;
- AvroMedi beynəlxalq və yerli tədbirlərdə təmsil edir.

Tələblər:

- Ali təhsil (tibbi və marketinq üzrə təhsil arzuolunandır)
- Marketinq üzrə minimum 5 il iş təcrübəsi
- Rəhbər vəzifədə minimum 3-5 il iş təcrübəsi
- Bazar araşdırması və təhlili bacarığı
- İşə münasibətdə yüksək fəallığın və məsuliyyətin nümayişi

Əmək haqqı namizədin təhsili, iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaq.

Maraqlananlar CV-lərini [email protected]” elektron ünvanına  20.10.2017-ci il tarixinədək göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində “Marketinq şöbəsinin müdiri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi