Pərakəndə biznes depart. Kreditlərin Nəzarət üzrə Baş/Aparıcı Mütəxəs. (Credit Risk Underwriter)

İşin təsviri

Azərbaycan Beynəlxalq Bankı Pərakəndə biznes departamentinin Kreditlərin Nəzarət üzrə baş/aparıcı və mütəxəssis  (Credit Risk Underwriter) vakansiyalarını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Müştərinin maliyyə təhlilini həyata keçirir;
 Kredit sifarişi üzrə kredit (xətt) müraciətlərini almaq, təqdim edilən məlumatları təhlil etmək və müvafiq strukturlarla  razılaşdırmaq;
 Kredit üzrə müraciətlərə  baxılmasına dair vahid rəy hazırlamaq və qərarlarının nəticəsinin strukturlara çatdırılmasını təmin etmək;
 Kredit Komitəsinin qərarlarına dair hesabatları tərtib etmək və verilmiş kreditlər barədə statistika aparmaq;
 Müraciətçiyə ayrılacaq kredit məbləğinin müəyyən edilməsini həyata keçirmək;
 MXS-dən daxil olan kredit müraciətlərinin təhlilini aparmaq;
 Kreditləşmə haqqında qərarın MXS-ə göndərilməsini həyata keçirmək.

Tələb olunan Səriştələr:

 Analitik düşünmə və riyazi təhlil etmə bacarığı, məntiqi biliklər;
 Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmək bacarığı;
 Məsuliyyətli, dəqiq, etibarlı və detallara diqqət etmək qabiliyyəti;
 Problemləri həll etmək bacarığı.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.);
 Biznes və istehlak kreditləşməsi sahəsində/kreditlərin təhlili (Credit Risk Underwriter) ən azı 3 il iş stajı
 Biznesin maliyyə təhlilinin aparılması sahəsində biliklər
 Kreditlərin verilməsi , təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP –nın müvafiq normatıvləri və qaydaları  barədə biliklərinin olması
 Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
 Azərbaycan dilində səlist danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir).

Digər əsas keyfiyyətlər:

 Detalları görmək və sürətli icra və problemləri həll etmək bacarığı;
 Kredit bazarını əla səviyyədə tanımaq və analitik nəticələri əldə etmək bacarığı;
 Müxtəlif strukturlarla kommunikasiyanın bərabər qurulmasını təmin etmək;
 Biznes və istehlak kreditləri barədə yüksək bilgiyə sahib olmaq.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın kreditləşmə sahəsində  iş proseslərini dərindən öyrənmə imkanları;
 İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
 Kredit risklərinin idarəedilməsi bacarıqlarının artırılması;
 Təşkilatların maliyyə analizlərinin aparılması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 9 oktyabr  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “(Credit Risk Underwriter)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az