Hesab üzrə mütəxəssis

İşin təsviri

“Bank Respublika” ASC-yə “Hesab üzrə mütəxəssis” vakansiyası üzrə namizədlər tələb olunur:

Minimal tələblər:

• Ali təhsil;
• Komandada işləmə bacarığı,
• Kommunikasiya və ünsiyyət bacarığı;
• Azərbaycan dilini səlis, ingilis və ya rus dillərini yüksək səviyyədə bilmə.

Vəzifə öhdəlikləri:

• Müştərilərə bankın məhsul və xidmətləri haqda ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
• Bankın müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
• Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
• Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
• Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
• Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
• Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
• Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Vakansiya üçün müraciət etmək istəyən namizədlər öz CV-lərini müvafiq başlıq (mövzu) ilə [email protected] elektron ünvanına göndərə bilər.

İşəgötürənin reytinqi