Təftiş üzrə Mütəxəssis (anbar/servis)

İşin təsviri

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: Təftiş üzrə Mütəxəssis (anbar/servis)

Namizədə dair tələblər:

• Dil bilikləri: Azərbaycan, rus
• 1C mühasibat proqramında işləmə bacarığı;
• MS Office, 1C 8.2, 8.3
• Sənədləri yoxlama və təftiş etmə üsulları
• Problemləri həll etmə və qərar qəbul etmə metodları
• İqtisadiyyat üzrə ali təhsili olanlara üstünlük verilir
• Sahə üzrə 1-3 il iş təcrübəsi;
• Yaş həddi 24-35;
• Komandada və təzyiq altında işləmə bacarığı;
• İşlə bağlı ölkə daxilində ezamiyyəyə getməyə hazır olmaq.
• Sürücülük vəsiqəsi; maşını olanlara üstünlük verilir
• Kişi namizədlərə üstünlük verilir.

Vəzifələr

• Təftiş prosesinin təşkili və həyata keçirilməsi
• İnventarizasiya prosesində iştirak və onlara nəzarət
• Mağazalarda və anbarda , servisdə yoxlamaların, (elektronika ,ehtiyat hissələri və geyim məhsulları) sayımının və inventarlaşmanın aparılmasını təmin etmək;
• Malın keyfiyyətinə nəzarət ;
• Aşkar olunmuş çatışmazlıqların aktlaşdırılması və həlli istiqamətində addımların atılması;
• İş bölgüsü əsasında şöbə tərəfindən verilmiş digər tapşırıqların icrası;
• Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.

Müraciət üçün son tarix: 18/09/2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Təftiş üzrə Mütəxəssis (anbar/servis)” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi