Art Director/Qrafik Dizayner

İşin təsviri

Mediaforce/JWT Azerbaijan Azərbaycanda ən böyük reklam agentliklərindən biridir. O dünyanın ən məşhur kreativ reklam agentliklərindən biri olan JWT (https://www.jwt.com/) və Mindshare (https://www.mindshareworld.com/)  agentliklərinin Azərbaycanda nümayənəsidir. O həm böyük beynəlxalq, həm də yerli müştərilərlə çalışır və BANNER şirkətlər qrupunun tərkib hissəsidir.

Mediaforce/JWT Azerbaijan Art Director/Qrafik dizayner vakansiyası üzrə işçi qəbulu elan edir.

Namizədə dair əsas tələblər:

• Ali təhsil
• Dizayn və incəsənət sahəsində biliklərin olması
• Adobe Photoshop, Adobe Illustrator proqramlarını mükəmməl səviyyədə bilmək
• Adobe  Animate, Google WebDesigner, Adobe Premier, Adobe Indesign, 3D, web-dizayn sahəsində biliklərin olması üstünlükdür.
• İncə bədii zövqün olması, kulturologiya və dünya mədəniyyətinə aid geniş dünyagörüşün olması
• Stressə davamlılıq, fərqli xarakterə malik insanların əhatəsində işləyə bilmək bacarığı
• http://azdigitalads.com/tural/designer-task.jpg  səhifəsində göstərilmiş şəkli səliqəli, daha anlaşıqlı, kreativ və estetik cəhətdən yaxşı vəziyyətə gətirib JPEG faylı kimi aşağıda qeyd olunan ünvana CV ilə birgə göndərmək.

Əsas vəzifə və öhdəliklər:

• Qrafik vizual təsvirlərin yaradılması, lokal adaptasiyası və ölçüsünün dəyişdirilməsi
• Kreativ təkliflərin hazırlanması, beyin fırtınası (brainstorming) prosesində aktiv iştirak
• Kreativ direktora yardım etmək, müştərinin istəklərinə uyğun konsepsiyaların və prezentasiyaların hazırlanması

Şərtlər:

• Həftədə 5 gün, 8 saatlıq iş rejimi
• Gənc, peşəkar və yaradıcı ruhlu kollektivdə çalışmaq imkanları
• Əmək müqaviləsi ilə rəsmiləşdirmək;
• Şəhərin mərkəzində, əlverişli yerdə ofis

Maraqlanan namizədlərdən xahiş olunur ki, öz şəkilli CV-lərini e-mailin mövzu (subject) hissəsində “Designer” sözünü qeyd edərək [email protected]  e-ünvanına göndərsinlər.

Yalnız yuxarıdakı tələblərə cavab verənlərin müraciət etməsi xahiş olunur. İşə qəbul prosesi zamanı test vasitəsilə namizədlərin real biliyi yoxlanılacaq.

Əmək haqqı namizədlərin bilik və bacarıq səviyyəsindən asılı olaraq razılaşma yolu müəyyən olunacaq.

Əlaqə telefonu: +994 12 497 32 76, +994 50 424 11 40

Ünvan: Bakı şəhəri, Həsən Abdullayev 14

Müraciət üçün son tarix: .31.08.2017

İşəgötürənin reytinqi