Digital Marketing Manager

İşin təsviri

Mediaforce/JWT Azerbaijan Azərbaycanda ən böyük reklam agentliklərindən biridir. O dünyanın ən məşhur kreativ reklam agentliklərindən biri olan JWT (https://www.jwt.com/) və Mindshare (https://www.mindshareworld.com/)  agentliklərinin Azərbaycanda nümayənəsidir. O həm böyük beynəlxalq, həm də yerli müştərilərlə çalışır və BANNER şirkətlər qrupunun tərkib hissəsidir.

Mediaforce/JWT Azerbaijan Digital Marketing Manager vakansiyası üzrə işçi qəbulu elan edir.

Namizədə dair əsas tələblər:

• Ali təhsil;
• Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək;
• Google Adwords, Facebook Ads Manager, Google Analytics istifadə bacarığı;
• SMM, internet-saytlarda reklam yerləşdirmək, SEO sahəsində ekspertiza;
• Yüksək səviyyədə şifahi və yazılı kommunikasiya qabiliyyəti;
• Dizayner, kopirayter, mediaplaner və jurnalistlərlə öz dilində danışa bilmək, onların ehtiyac və istəklərini tez anlamaq;
• Təşəbbüskarlıq və kreativlik keyfiyyətləri,
• Komandada işləmək, təqdimat aparmaq, stressə davamlılıq və təhlil etmək bacarığı
• Kopirayter və sosial media işi ilə bağlı müasir texnologiyalara bələdlik; yeni trendlərdən xəbərdar olmaq;
• Reklam, psixologiya, filologiya və humanitar elmlər sahəsində geniş dünyagörüşünün olması vacibdir.

Əsas vəzifə və öhdəliklər:

• Mediaplanların tərtibi, mediabayinq prosesində iştirak, kommersiya təkliflərinin hazırlanması
• Tenderlərdə iştirak, prezentasiyaların tərtibi və müştəri qarşısında müdafiəsi
• Azərbaycan və regional bazarların analizi, trendlərin müəyyənləşdirilməsi
• Müştərilərlə yazışma və mütəmadi görüşlərin keçirilməsi

Şərtlər:

• Həftədə 5 gün, 8 saatlıq iş rejimi
• Gənc, peşəkar və yaradıcı ruhlu kollektivdə çalışmaq imkanları
• Əmək müqaviləsi ilə rəsmiləşdirmək;
• Şəhərin mərkəzində, əlverişli yerdə ofis

Maraqlanan namizədlərdən xahiş olunur ki, öz şəkilli CV-lərini e-mailin mövzu (subject) hissəsində “Digital Marketing Manager” sözünü qeyd edərək [email protected]  e-ünvanına göndərsinlər.

Yalnız yuxarıdakı tələblərə cavab verənlərin müraciət etməsi xahiş olunur. İşə qəbul prosesi zamanı test vasitəsilə namizədlərin real biliyi yoxlanılacaq.

Əmək haqqı namizədlərin bilik və bacarıq səviyyəsindən asılı olaraq razılaşma yolu müəyyən olunacaq.

Əlaqə telefonu: +994 12 497 32 76, +994 50 424 11 40

Ünvan: Bakı şəhəri, Həsən Abdullayev 14

Müraciət üçün son tarix: 24.08.2017

İşəgötürənin reytinqi