Tərcüməçi

  • Konsis
  • Elanın qoyulma tarixi: 10.08.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tərcümə və tədbir təşkilatçılığı sahəsi üzrə aparıcı şirkətlərdən olan Konsis MMC tərcüməçilərin işə qəbulunu elan edir:

Yaş məhdudiyyəti: 22-45

Vəzifə tələbləri:

- Ali bakalavr və ya magistr təhsil dərəcəsi (Dilşünaslıq və Tərcümə fakültəsi tələbələrinə üstünlük verilir)
- İngilis, Azərbaycan dilləri üzrə tərcümə sahəsində 3 ildən artıq təcrübə (Rus dili biliyi arzuolunandır)
- İngilis və Azərbaycan dillərində mükəmməl nitq və yazı bacarıqları
- MS Office proqramları, onlayn lüğət resurslarından istifadə bacarığı

Vəzifə öhdəlikləri:

- Sənədlərin, məktubların, müqavilələrin, təlim materiallarının və digər yazılı sənədlərin yüksək keyfiyyətdə tərcümə olunması
- Sahə üzrə terminoloji araşdırmaların aparılması, tərcümə olunan sənəd üzrə format və uyğunluğun qorunub saxlanılması;
- Tərcümə etik qaydaları və sənədlərin məxfiliyinin qorunub saxlanılması
- Komandada işləmək bacarığı

İş cədvəli : Bazar ertəsi –Şənbə günləri 9:00-dan 18:00-dək

Əmək haqqı: razılaşma yolu ilə

Maraqlanan şəxslərdən CV-lərini [email protected] ünvanına, başlıq hissədə Tərcüməçi yazaraq göndərmələri xahiş olunur. 

İşəgötürənin reytinqi