Kadrlar üzrə Baş Mütəxəssis

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 10.08.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Insan resursları – Kadrlar üzrə Baş Mütəxəssis

Tələblər:

AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında mükəmməl biliyə sahib olması;
İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
Azərbaycan, rus  dillərini mükəmməl səviyyədə bilməli; İngilis dili üstünlük təşkil edir
MS Office proqramlarını, xüsusilə MS Excel  və  1C  7.7 / 8.3 proqramlarıını yaxşı səviyyədə bilməli;
İnsan resursları sahəsində azı 3 il iş təcrübəsi;

Vəzifələr:

- Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların elan edilməsi və uyğun namizələrin seçilməsi;
- İşəqəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasi olunması, sınaq müddətində izlənməsi;
- Kadr bazasının yaradılması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, Elektron Hökumət Portalına daxil edilməsi, social sığorta şəhadətnamələrinin sifariş olunması;
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
- Sosial müavinətlərin hesablanması;
- İşçilərin icbari sığortasının həyata keçirilməsi;
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
- İşçilərin davamiyyət uçotunu aparmaq
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər mövzu yerinə Kadrlar üzrə Baş Mütəxəssis qeyd etməklə CV  [email protected] elektron ünvana təqdim edə bilərlər.

İşəgötürənin reytinqi