Satış Analitiki
Vəzifə və öhdəliklər:
• Satışın dinamikasını mütəmadi izləmək və analizlər aparmaq;
• Aylıq/ illik satışları planlamaq və satış proqnozlarını hazırlamaq;
• Gündəlik/ həftəlik olaraq satış faktının çıxarılması, satış komandası üçün gündəlik/həftəlik təhlil/ hesabat formasını yaratmaq;
• Məhsul qalığı, satış komandası, istehsalçı və ərazi satışları haqqında məlumatların tələb olunan təhlil formasında yığılmasını və hazırlanmasını təmin etmək;
• Gündəlik/ həftəlik olaraq satış komandasının firmalar üzrə reytinqini müəyyənləşdirmək;
• Hər ay aylıq satış faktını analiz etmək və rəhbərliyə bu barədə hesabat təqdim etmək;
• Hər ay regionlar, satış kanalları və satış komandası üzrə satış planlarını hazırlamaq;
• İllik planların icra təhlillərini aparmaq;
• Nəticə üzrə analitik hesabatları hazırlamaq;
• Rəqabət mühitini təhlil etmək;
Tələblər:
• Ali təhsil (iqtisadiyyat, satış, statistika istiqamətlərdə)
• Bu sahədə minimum 3 il iş təcrübəsi;
• Yüksək analitik düşünmə qabiliyyəti və böyük informasiya ilə işləmə bacarığı;
• Excel və PowerPoint proqramlarını yüksək səviyyədə bilməli;
• Diqqətcillik və yüksək məhsuldarlıq;
• Rus, ingilis dil bilikləri
Şərtlər:
• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Əmək haqqı razılaşma yolu ilə müəyyənləşdirilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış Analitiki” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.