Mühasib (Qala)

  • Grand Agro MMC
  • Elanın qoyulma tarixi: 01.08.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: Grand-Agro MMC

Vəzifə: Mühasib

İş yeri: Qala qəsəbəsi

Şirkət barədə:

Grand Agro Abşeron yarımadasında zeytun və badam istehsalı sahəsində fəaliyyət göstərir. Şirkət 2017-ci ildə yaradılmışdır və hal-hazırda əsas fəaliyyəti Qala qəsəbəsi ərazisində Zeytun bağlarının salınmasından ibarətdir.

Vəzifə öhdəlikləri:

- Şirkətin fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan mühasibatlıq uçotunun idarə olunması
- Tələb olunan daxili və xarici hesabatların hazırlanması
- Müxtəlif sənədləşmə işləri ilə əlaqədar müvafiq rəsmi qurumlarla danışıqların aparılması
- Müvafiq orqanlara təqdim edilməsi üçün sənədlərin tərtib olunması və ya hazırlanması üçün müvafiq struktur bölməsi ilə danışıqların aparılması
- İş ilə əlaqədar tez-tez Bakı və ətraf ərazilərin rəsmi qurumlarına səfərlər etmək

Tələblər:

- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yaxşı qavramış, DSMF və vergi hesabatlarını sərbəst formalaşdıra bilməli
- Mühasib kimi ən az 3 il iş təcrübəsi (Səyyar yoxlama keçirilmiş olması arzu olunandır)
- Səlis ünsiyyət qurmaq bacarığı (rəsmi qurumlarla yazışmaların sərbəst şəkildə həyata keçirilməsi)
- Kənd təsərrüfatında təcrübə arzu olunandır
- 1C və MS Office proqramları ilə yaxşı işləmək bacarığı
- Müstəqil qərar vermək bacarığı

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə 18 Avqust 2017 tarixinədək [email protected] ünvanına göndərmələri xahiş olunur.

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi