“Global Learning & Development Partners” ingilis dili üzrə müxtəlif yönümlü kurslar, təlim,tərcümə, xaricdə təhsil və beynəlxalq konsultasiya xidmətləri göstərən şirkətdir.
Hazırda şirkətimizə Resepşn vəzifəsi üzrə yeni komanda üzvü axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
- Şirkət daxili işlərin koordinasiya edilərək tələb olunan fəaliyyətin təmin edilməsi;
- Şirkətə gələn ziyarətçi, qonaqların qarşılanması, onlara yardım edilməsi və yönləndirilməsi;
- Qonaqlara özünəməxsus xidmət göstərilməsi və tələb olunan məlumatların tam şəkildə verilməsi;
- Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul etmək, yönləndirmək, tələb olunduqda qeydlər aparmaq və aidiyyati şəxslərə məlumat vermək;
- Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması;
- Şirkət tərəfindən bağlanan müqavilələrin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;
Tələblər:
- Mükəmməl xidmət göstərmək həvəsi;
- İngilis və Rus dili bacarıqları üstünlükdür;
- MS Office kompüter proqramları üzrə bacarıqlar;
- Komandada işləmək bacarığı;
- Öyrənmək və inkişaf etmək həvəsi;
- Ali təhsil.
CV-lərinizi (foto mütləqdir) mövzu xanasında Resepşn qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız tələblərə uyğun gələn və mövzu hissəsində vəzifənin adını düzgün qeyd etmiş namizədlərlə əlaqə saxlanılacaq.
CV-lərin göndərilməsi üçün son tarix: 10/08/2017