Kredit Satış Meneceri (Bərdə və Qax filialları)

İşin təsviri

“İnkişaf üçün Maliyyə” MMC Bank Olmayan Kredit Təşkilatı

Kredit Satış Meneceri

(Bərdə və Qax filialları)

Tələblər:

 İqtisadi və ya marketinq sahəsi üzrə ali təhsil
 Maliyyə xidmətləri və satış sahəsində ən azı 1 illik satış təcrübəsinin olması arzuolunandır
 Araşdırma və təqdiqat bacarıqlarının və təcrübəsinin olması
 Qoyulmuş hədəflərə yetişmək qabiliyyətinin və istəyinin olması
 Peşəkar ünisyyətqurma və danışıq vərdişlərinin olması
 İşlədiyi ərazini yaxşı tanımaq və araşdırmaq imkanlarının olması
 Komputer proqramlarında işləmək bacarığı
 Şəxsi avtomobilinin olması üstünükdür

Əsas vəzifələr

 Müəyyən olunmuş marketinq planı əsasında yeni müştərilərin cəlb olunması fəaliyyətinin təşkili
 Müraciətçilərin iqtisadi və sosial vəziyyətlərini analiz edərək onların ödəniş qabiliyyətini müəyyənləşdirmək
 Hədəf seqmentlərinin müəyyən edilməsi, seqmentlərin tələblərinin spesifikasiyalarının öyrənilməsi,
 Satış üsulları, alətləri və kanallarının müəyyən olunması
 Bazar potensialı ilə bağlı gələcək proqnozların hazırlanması
 Bazarın vəziyyətində baş verən dəyişikliklərə cavab vermək məqsədi ilə maliyyə xidmətləri bazarının, digər əlaqəli sahələrin və rəqabət mühitinin dövri qiymətləndirilməsi, təhlili və bunun əsasında müəssisənin xidmətlərinin rəqabət səviyyəsinin müəyyənləşdirilməsi;

İş üçün ərizələr/müraciətlər 10 avqust 2017-ci il tarixinədək aşağıdakı elektron poçt ünvanında və ya müvafiq filial ofisinə yaxınlaşmaqla qəbul edilir:

E-mail: [email protected]
Tel: (994 12) 492 77 63

Xüsusi Qeydlər:

1. Ərizələri (CV və ya Resumeləri) e-mail ünvanımıza göndərərkən mövzu yerinə müraciət etdiyiniz müvafiq filialı və vəzifə adını yazmağınız xahiş olunur. Əks halda CV-nizə baxılmayacaq.
2. Yalnız müsabiqəyə dəvət olunan şəxslərlə əlaqə saxlanılacaq.