Satış nümayəndəsi

  • Avrora
  • Elanın qoyulma tarixi: 10.07.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öz sektorunda ölkənin aparıcı istehsalçı və distribyutor şirkətlərindən biri olan "Avrora" şirkəti “Satış nümayəndəsi” vakansiyasını açıq elan edir. 
 
Vəzifə və öhdəliklər:

 Şirkət məhsullarının satışını təşkil etmək;
 Yeni və potensial müştəriləri müəyyənləşdirmək və işgüzar əlaqələr yaratmaq;
 Şirkətin məhsullarını müştərilərə yüksək səviyyədə təqdim etmək;
 Vaxtaşırı keçirilən kampaniyalarla müştəriləri tanış etmək;
 Daxil olan istəkləri və tələbləri dəyərləndirərək müştərilərlə əlaqə qurmaq və işi nəticələndirmək;
 Cari sifarişləri nəzarətdə saxlamaq;
 Aidiyaytı hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək.

Namizədə olan tələblər:

 Qida sektorunda, satış sahəsi üzrə 1-2 il iş təcrübəsi;
 Yaş həddi 20-45
 B, C kateqoriyalı sürücülük vəsiqəsi
 Yüksək ünsiyyət qurma qabiliyyəti və inandırma bacarığı;
 Məsuliyyətli, punktual və xoş görünüşlü.
 
Gənc, potensiallı, gələcəkdə satış sahəsində özünü görmək istəyən, aktiv, ünsiyyətcil və həmişə inkişaf etməyə meyilli olan bəylər bu vakansiyaya öz müraciətlərini edə bilərlər. Namizədlər imtahan və müsahibə yolu ilə seçiləcəkdir!
 
Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Satış nümayəndəsi” yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi