Baş Texnoloq

İşin təsviri

Baş Texnoloq

Gilan Kənd Təsərrüfatı Qrupu Baş Texnoloq vakansiyasına təcrübəli işçi axtarır.

Vəzifələri:

• Mütərəqqi, iqtisadi cəhətdən əsaslandırılmış texnoloji proseslərin işlənb hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılış rejimlərini işləyib hazırlayır.
• İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını, xammala, materiala, əmək sərfinə qənaət, məhsulun, işlərin (xidmətləri) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil edir.
• Yeni texnika və texnologiyanın tətbiqi planlarının, texnoloji sənədləşdirmənin hazırlanmsı, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir.
• Məmulatların hazırlanması, elm və texnikanın nailiyyətlərinin, mütərəqqi texnologiyanın tətbiqi, texnoloji sistemlərin layihələşdirilməsi, istehsalatın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, qeyr-ostandart avadanlığın, texnoloji ləvazimat və alətlərin tətbiqi, avadanləqlardan istifadə normativlərinə riayəy edilməsi və s. təşkil edir.
• Müəssisənin yenidən qurulması, yeni texnikanın və texnologiyanın tətbiqi, sınağı və mənimsənilməsi müddətinin azadılması üzrə tədbirlərin hazırlanması, istehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edir.
• Yeni maşın və mexanizmlərin, mexanikləşdirmə və avtomatlaşdırmanın istehsalata tətbiqi və sınaq işlərində sistem və avadanlıqların qəbulu komissiyasının işində iştirak edir.
• Sexin işçilərinə rəhbərlik edir, onların fəaliyyətini istiqamətləndirir.
• İşin görülməsi və ümumi davranış standartlarına Şirkətin Daxili Qayda və Prosedurlarında göstərilmiş qaydada riayət etmək;

Tələblər:

• 5 ildən az olmayaraq müvafiq iş təcrübəsi;
• Dəyişkən iş qrafiki  ilə işləmək bacarığı;
• Ünsiyyət qurmaq bacarığı;
• Şəxsi keyfiyyətləri : ciddi, məsuliyyətli, çalışqan, nizam-intizamlı.

Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin:  http://hr.gilanholding.com/v/4313#