Ofis Meneceri-Kadrlar üzrə Mütəxəssis

İşin təsviri

“Performance Center Co” MMC-nin  Baş Ofisi üçün Ofis Meneceri-Kadrlar üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.  

İş haqqında məlumat:

• Ofis daxili idarəetmə işlərini yüksək səviyyədə yerinə yetirməli
• Kargüzarlığın aparılması işini, daxili materialları
• Daxil olan telefon zənglərinə cavab verməli, öz səlahiyyətləri çərçivəsində sorğuları cavablandırmalı və ya telefon zənglərini müvafiq şəxslərə ünvanlamalı
• Şirkətin  struktur quruluşunu, işgüzar profilini, fəaliyyət istiqamətlərini, daxili nizam – intizam qaydalarını yüksək səviyyədə bilməli
• Əmək qanunvericiliyinə və rəhbərliyin əmrlərinə əsasən işçilərin qəbulu, yerdəyişməsi, işdən azad edilməsi və digər sənədlərin rəsmiləşdirilməsi;
• Müvafiq dövlət idarələrinə aylıq və illik hesabatların hazırlanmasına birbaşa nəzarətin həyata keçirilməsi;
• Əmək haqqı üzrə tabellərin hazırlanmasına nəzarət etmək;
• Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli;
• Həftədə 6 iş günü, istirahət günü - bazar günü;
• Əmək haqqı: 500-800 AZN

Tələblər:

• Ali təhsil
• Yaş: 25-35
• Bu sahədə ən azı 1-3 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili və rus dili yüksək səviyyədə bilməli; (ingilis dili üstünlükdür)
• Azərbaycan Respublikası Əmək Məcəlləsini, kadrlarla bağlı işi və kargüzarlığı mükəmməl bilməli;
• Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı olmalı;
• Dəqiq, intizamlı, stresədayanıqlı və işinə qarşı məsuliyyətli olmalı.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 23 iyul 2017-ci il tarixindən gec olmamaq şərtilə  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər.